Tarixdə bu gün: 7 mart

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1370136
Tarixdə bu gün: 7 mart

***

 

 

  1977-ci ilin 7 martında Pakistan Xalq Partiyasının sədri Zülfüqar Əli Butto ölkədə ikinci dəfə seçkiləri qazandı və baş nazir oldu. Amma seçkilərdən sonra Pakistanda artan siyasi narahatlıqla əlaqədar general Ziya Ül Haqqın əmrindəki ordu 5 iyulda hakimiyyətə əl qoydu.

 

 

 

 

***

 

 

 

  7 mart 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının “Voyager-1” kosmik gəmisi Yupiter və Uran kimi Saturnun da halqalara malik olduğunu kəşf etdi və şəkillərini Yer kürəsinə göndərdi.

 

 

 

 

 

***

  1979-cu ilin bu günü Türkiyə ilə SSRİ arasında neft müqaviləsi imzalandı.

***

 7 mart 1984-cü ildə qıbrızlı türk rəssamı Emin Çizenelin hazırladığı Qıbrızın bayrağı Şimali Kipr Türk Cümhuriyyəti parlamentində təsdiq olundu.

***

Bu gün həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Martın 7-si Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin xatirə günüdür.

  1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan, yaradıcılığında məhəbbət lirikası əsas yer tutan Aşıq Ələsgərin şeirləri aşıq ədəbiyyatının yüksək sənətkarlıq nümunələridir. O, orijinal bədii təsvir vasitələri işlədərək aşıq poeziyasının bütün növlərində şeir qoşub, yeni saz havaları yaradıb.

  Bütün Qafqazda və türk xalqları arasında geniş şöhrət qazanmış Aşıq Ələsgər 1926-cı ilin bu günü 105 yaşında vəfat edib. (1821-1926)

***

  7 mart Dağıstan xalqının Rusiya imperiyasına qarşı milli-azadlıq hərəkatının lideri Şeyx Şamilin xatirə günüdür.

  25 il bu hərəkata rəhbərlik edən Şeyx Şamil 1859-cu il avqustun 25-də özünün 400 müridi ilə birlikdə mühasirəyə düşərək əsir alınıb və Kaluqada sürgün həyatı yaşayıb. 1870-ci ildə ona Məkkəyə ziyarətə getməyə icazə verilib. Bir il sonra (1871) Şeyx Şamil Mədinə şəhərində dünyasını dəyişib. (1799-1871)

***

  1990-cı ilin 7 martında Türkiyənin tanınan jurnalisti Çetin Emeç həyatdan köçüb. 

  “Hürriyyət” qəzetinin baş redaktoru, jurnalist və yazıçı Çetin Emeç və sürücüsü Əli Sinan Ercan sui-qəsd nəticəsində öldürülüb. (1935 - 1990)

***



Әlaqәli Xәbәrlәr