Tarixdə bu gün: 5 mart

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq

1370082
Tarixdə bu gün: 5 mart

***

  1912-ci ilın 5 martında İtaliya ordusu ilk dəfə olaraq hava balonlarından  hərbi məqsədlə istifadə etdi. Belə ki, italiyalılar bu təyyarələri Türkiyənin müdafiə xətlərində kəşfiyyat aparmaq üçün göndərdilər.

***

  5 mart 1933-cü ildə Almaniyada keçirilmiş seçkilərdə Milli Sosialist Alman İşçi Partiyası səslərin 43,9 faizini qazanaraq təkbaşına hakimiyyəti qazandı. İlin sonunda isə (1 dekabr) Nasist Partiyası Almaniyadakı bütün siyasi partiyaları bağladı.

***

  İkinci Dünya Müharibəsindən sonra – 1945-ci ilin 5 martında SSRİ ilə Şərqi Avropa ölkələrini nəzərdə tutan "Dəmir pərdə" ifadəsi ilk dəfə İngiltərənin baş naziri Uinston Çörçil (Winston Churchill) tərəfindən istifadə edildi.  

***

5 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Hər il 5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən keçirilir. 

  Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci  il  martın  5-də dövrün ölkə prezidenti Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

  Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkədə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı.

  2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbəni xüsusilə qeyd etmək lazımdır. Bu yarışlarda Azərbaycan idmançıları 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu.

  Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir.

***     

5 martda həm də bu adamlar yada düşür.

  Bu gün keçmiş SSRİ-nin baş katibi Stalinin vəfatı günüdür.

  Əsil adı İosif Vissarionoviç Cuqaşvili olan Stalin V.İ.Lenindən sonra 30 ilə yaxın Sovet İttifaqına rəhbərlik edib.

  Son dərəcə ziddiyyətli şəxsiyyət olan Stalin tarixin yaddaşında həm İkinci Dünya Müharibəsində qazanılan qələbənin görkəmli rəhbəri, həm də 15 sovet respublikası xalqlarını qan içində boğan, dəhşətli repressiyalara yol verən diktator kimi qalıb. Ona görə 3 milyondan çox SSRİ vətəndaşı sürgün olunub və öldürülüb. (1879-1953)

***

  5 mart Rusiyanın məhşur şairəsi Anna Axmatovanın xatirə günüdür.

  1912-1914-cü illərdə işıq üzü görən şeir kitabları ilə poeziya həvəskarlarının böyük rəğbətini qazanan A.Axmatova Oktyabr İnqilabını qəbul etmirdi.

  Birinci Dünya Müharibəsi illərində vətənpərvərlik ruhunda şeirlər yazan Anna Axmatova yaradıcılığının zirvəsi “Qəhrəmansız poema” adlı lirik-epik əsəri sayılır. Onun şeirləri forma kamilliyi, ahəngdarlığı və dərin lirizmi ilə seçilir. (1889-1966)

***



Әlaqәli Xәbәrlәr