Tarixdə bu gün: 23 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1361682
Tarixdə bu gün: 23 fevral

***

  23 fevral 1918-ci ildə Lev Trotski tərəfindən Qırmızı Ordu yaradıldı. Bu ordu 1917-ci il Oktyabr İnqilabından sonra çar ordusuna qarşı döyüşmək üçün fəhlə və kəndlilərdən təşkil olunaraq quruldu.

  L.Trotskinin rəhbərliyi altında Qırmızı Ordu çar tərəfdarı olan Ağ Qvardiyaya qarşı da mübarizə aparırdı.

  Qeyd edək ki, "qırmızı" adı fəhlə sinfinin təmsili rəngi olaraq qəbul edilmişdi.

  1946-cı ildə Qırmızı Ordu adı SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) Silahlı Qüvvələri adlandırıldı.

***

 

 

  Birinci İnönü Savaşı ilə Anadoludakı yunan hücumlarını dayandıran və Sevr müqaviləsini qəbul etmədiyini dünyaya elan edən Türkiyə Böyük Millət Məclisi hökuməti ittilaf dövlətləri tərəfindən danışıqlara dəvət edildi. Sevr müqaviləsini dəyişdirmək üçün 1921-ci ilin 23 fevralında Londonda konfrans təşkil olundu. Amma konfransda razılığa gəlinmədi və 12 martda müqavilə ləğv edildi.  

 

 

 

***

  1944-cü ilin 23 fevral günü SSRİ-nin Baş katibi İosif Stalin əmr verdi və o gündən çeçen və inquşların Şimali Qafqazdan Orta Asiya və Sibir çöllərinə deportasiyası başlandı. Bu köçlər nəticəsində təxminən beş yüz min çeçen və inquş doğma torpaqlarından didərgin düşdü, yollarda həyatını itirdi. 13 il sonra onların geri qayıtmalarına icazə verildi.

***

  1945-ci ilin 23 fevralında Türkiyə və Amerika Birləşmiş Ştatları ikitərəfli yardım müqaviləsi imzaladı.

***

 

 

 

  Birləşmiş Millətlər Təşkilatının qurucu dövlətləri arasında yer almaq istəyən Türkiyə 23 fevral 1945-ci ildə faşist Almaniyası və Yaponiya İmperatorluğuna müharibə elan etdi.

 

 

 

 

***

 

 

 

  1997-ci ilin 23 fevralında Şotlandiya Roslin İnstitutunda dünyada ilk dəfə genetik kopiyalama üsuluyla məməli heyvan yaradıldı və bu qoyuna "Dolly" adı verildi.

 

 

 

 

***

23 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Görkəmli Azərbaycan ədəbiyyatşünası, akademik Həmid Araslı 1909-cu ilin bu günü dünyaya gəlib.

  1970-1981-ci illərdə Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edən H.Araslı “Kitabi-Dədə Qorqud” dastanı, Nizami, Füzuli kimi şairlərin əsərlərinin elmi və kütləvi nəşrlərinin hazırlanmasında böyük xidmətlər göstərib.

  “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” findamental tədqiqatın, klassik ədəbi irslə bağlı çoxlu sayda kitabın müəllifi olan Həmid Araslı həm də Türkiyə Dilçilik Cəmiyyətinin fəxri üzvü və İraq Akademiyasının fəxri akademiki idi. (1909-1984)

***

  23 fevral Azərbaycanın görkəmli sənətkarlarından biri, Xalq artisti Həsən Turabovun xatirə günüdür. 

  Lirik-psixoloji aktyor oyunu ilə səciyyələnən H.Turabov az müddətdə baş rolların mahir ifaçısı kimi diqqəti cəlb etdi, teatrın və sonralar kinonun aparıcı sənətkarlarından biri oldu. “Kəndçi qızı”, “Ölülər”, “Unuda bilmirəm”, “Mahnı dağlarda qaldı” tamaşalarında güclü xarakterlər yaradıb.

  Həsən Turabovun “Yeddi oğul istərəm” filmində ifa etdiyi Gəray bəy rolu Azərbaycan kino sənətinin ən gözəl nümunələrindəndir. (1938-2003)

***

  Etnoqrafiya üzrə görkəmli Azərbaycan mütəxəssisi, tarix elmləri doktoru Qəmərşah Cavadov 1938-ci ilin 23 fevralında anadan olub. O, Azərbaycan ənənəvi əkinçilik alətlərini toplayaraq onların tipoloji növlərini aşkarlayıb, forma və variantlarını bərpa edərək xəritələşdirib, bir sözlə, azərbaycanlıların dünya xalqları arasında özünəməxsus əkinçilik texnikasına və ənənəyə malik olduğunu sübuta yetirib. (1938-2005)

***

  Futbolun ulduzlarından biri, dünya və SSRİ çempionatlarının bürünc mükafatçısı Anatoli Banişevski 1946-cı ilin bu günü anadan olub.

  O, hələ 15 yaşında ikən keçmiş SSRİ-nin ən istedadlı və mahir futbolçularından sayılan, Bakının “Neftçi” komandasının ulduzu olan A.Banişevski 17 yaşında SSRİ-nin seçmə kollektivi heyətinə qəbul edilib. Böyük futbolda olduğu müddətdə 100-dən çox qol vurub.

***



Әlaqәli Xәbәrlәr