Tarixdə bu gün: 19 fevral

19 fevral təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismi.

1361805
Tarixdə bu gün: 19 fevral

19 fevral 1915-ci ildə Birinci Dünya müharibəsinin Osmanlı dövləti üçün ən əhəmiyyətli müharibəsi Çanaqqala boğazında başladı. Çanaqqala müharibəsi üçün yığınağını tamamlayan Antanta dövlətlərinin Birləşmiş donanması boğazı müdafiə etməklə vəzifəli topçu birliklərinin olduğu səngərləri bombardmana tutdu.

19 fevral 1959-cu ildə Türkiyə, Yunanıstan və İngiltərə arasında müstəqil Kıbrıs Cümhuriyyəti quran London müqaviləsi imzalandı. İngiltərə, Türkiyə və Yunanıstan Kıbrıs dövlətinin zamin ölkələri oldular.

19 fevral 1986-cı ildə MİR kosmik stansiyasına ilk modulu SSR tərəfindən kosmosa göndərildi. Bəşəriyyətin nizamlı olaraq içində yaşadığı ilk kosmos araşdırma stansiyası olan MİR-in vəzifəsi 23 mart 2001-ci ildə başa çatdı.

19 fevral 1992-ci ildə Türkmənistan Cümhuriyyətinin bayrağı müəyyən edildi. Bu tarix ölkədə “Bayraq bayramı” kimi qeyd olunur. 19 fevral ölkənin ilk prezidenti Saparmurad Türkmənbaşının da ad günüdür. 



Әlaqәli Xәbәrlәr