Tarixdə bu gün: 18 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1360304
Tarixdə bu gün: 18 fevral

***

  1451-ci ilin 18 fevralında Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.

  1444-ci ildə Osmanlı sultanı II Murad taxtı oğlu Mehmetə verdi. 12 yaşında taxta çıxarıldığı üçün bəzi dövlət adamları (Çandarlı Xəlil Paşa və b.) buna etiraz bildirdi, amma II Murad qəbul etmədi.

  Macarların bağlanılan müqaviləni pozması və müharibəyə başlaması ilə gənc sultan Mehmet atası və bəzi saray əyanlarına iki məktub göndərdi. Bunların ikisində də atasına bu məşhur sözləri söylədi: "Padşahsanız, özünüz gəlin, qoşunlarınızı idarə edin. Yox, padşah bizsək, sərəncamımıza itaət edib qoşunlarımızın başına keçin!”

  Bu məktubdan sonra II Murad yenidən Osmanlı taxtına oturdu. 7 il sonra atasının ölümündən sonra Fateh Sultan Mehmet ikinci dəfə 1451-ci ilin bu günü 19 yaşında taxta çıxdı.  

***

  1683-ci ildə başlayan Müqəddəs İttifaq Müharibələri illərində - 1695-ci ilin 18 fevralında Osmanlı dövləti Saqqız adasını Venesiyadan geri aldı.

***

 

 

  1856-cı ilin 18 fevralında Osmanlı dövlətində İslahat Fərmanı dərc olundu.

  Sultan Əbdülməcid tərəfindən verilən fərman çökmüş Osmanlı dövlətində insan haqlarının qorunması, yeni siyasi və dövlət qurumlarının yaradılması ilə bağlı köklü dəyişikliklərin aparılması məqsədi daşıyırdı. Amma İslahat Fərmanında, xüsusilə, azlıqlara verilən imtiyazlarla bağlı Osmanlı hökumətinin istəyi lazım olan təsiri vermədi.

 

 

 

***

 

 

  18 fevral 1952-ci ildə Türkiyə Böyük Millət Məclisi Türkiyənin NATO-ya üzvlüyünü təsdiq etdi.

  Türkiyənin Koreya müharibəsinə qoşulması və Rusiyanın yürütdüyü sərt siyasət ABŞ-ı Aralıq dənizinin təhlükəsizliyi üçün Türkiyə və Yunanıstanı da NATO-ya daxil etməyə sürükləmişdi.  

 

 

 

***

  18 fevralda Afrikanın qərbində yerləşən Qambiya respublikası müstəqilliyini bayram edir. Bu ölkə 1965-ci ildə suverenlik qazanıb. O zamana qədər Qambiya Böyük Britaniyanın müstəmləkəsi idi. 

***

  1979-cu ilin 18 fevralında Təbrizdə xalq üsyanı baş verib və tarixə 29 Bəhmən adı ilə düşüb.

  O vaxtadək şaha qarşı aksiyalar adətən tələbələr, bəzi siyasi qruplar və bəzən də Tehranın ətrafındakı fəhlələrin tərəfindən keçirilirdi. Amma Təbriz hərəkatı İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi oldu. Amma bu olayların mərkəzində olan qüvvələr Ayətullah Xomeyni deyil, Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarları idi. Çünki onlar heç Xomeynini tanımırdılar.  

  Hərəkatda iştirak edənlər əsasən yoxsullar, xalçaçılar və işçilər idi.

  Təbrizdəki olaylarda bir çox ölən, yaralanan, tutulan oldu və təbrizlilərin bu qırx mərasimləri başqa şəhərlərdə keçirildi.

  Beləliklə, inqilabın başlanğıcı olan 29 Bəhmən (18 fevral 1978) Təbriz hərəkatı nəticəsində Pəhləvi rejimi devrilir.

***

  1988-ci ilin fevralından Qafan rayonundan olan azərbaycanlı qaçqınların Ermənistandan Azərbaycana axını başlayıb.

  Təkcə fevralın 18-də sərhədi 4 mindən çox adam keçib. Bununla da Ermənistan ərazisində etnik təmizləmə - azərbaycanlıların doğma yurd-yuvalarından qovulması prosesi başlayıb.

***

18 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dahi Azərbaycan alimi, ensiklopedik biliyə malik Məhəmməd Nəsirəddin Tusi 1201-ci ilin bu günü Həmədanda anadan olub.

  Marağa Rəsədxanasının yaradılmasına xeyli əmək sərf edən Tusi oranı Şərqin böyük elmi mərkəzinə çevirib.

  Nəsirəddin Tusi “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini təyin edib. Onun elmin bir çox sahəsinə dair əsərləri bu gün də dünya alimləri tərəfindən tədqiq olunur. (1201-1274)

***

  1294-cü ilin 18 fevralı Monqol imperatoru ubilay Xan dünyasını dəyişib.

  Çində Yuan sülaləsinin banisi olan Kubilay Xan 1271-ci ildə hakimiyyətə gəlib və 23 il boyu buranın hökmdarı olub. O, Sonq xanədanlığına son qoyaraq bütün Çin dövlətini birləşdirib.

  Çində ilk kağız pul Kubilay Xan zamanında başlanıb. Onun dövründə Çinə Avropa səyyahları səfər edib ki, bunların arasında ən məşhuru italiyalı Marko Polodur (15.IX.1254 – 8.I.1324).

***

  Görkəmli Azərbaycan şairi, qəzəl ustası Əliağa Vahid 1895-ci ilin bu günü anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Klassik Şərq ədəbiyyatının bilicisi olub. Vahid təxəllüsünü ona hazırcavablığına görə Mirzə Əvdülxaliq Yusif verib.

  1914-1915-ci illərdən başlayaraq satirik şeirləri, qəzəlləri, meyxanaları, felyetonları qəzet və jurnallarda (“İqbal”, “Zəhmət”, “Bəsirət”, “Tuti”, “Məzəli”, “Kommunist”, “Maarif və Mədəniyyət”, “Yeni Yol”, “Gənc işçi” və s.) müntəzəm çap olunub.

  Əliağa Vahid qəzəlxan şair kimi tanınıb və bütün Şərqdə məhşurlaşıb. O, eyni zamanda, Nizami, Xaqani, Fələki, Nəvai və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib. (1894-1965)

***



Әlaqәli Xәbәrlәr