Tarixdə bu gün: 14 fevral

14 fevral təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismi.

1358743
Tarixdə bu gün: 14 fevral

14 fevral 1876-cı il tarixində Şotland mənşəli amerikalı Aleksandr Qreyam Bell ixtira etdiyi və telefon adlandırdığı aparat üçün ABŞ Patentlər Bürosuna müraciət edib. Elə həmin il aparat Filadelfiyada Ümumdünya sərgisində nümayiş etdirilib.

14 fevral 1945-ci ildə İkinci Dünya müharibəsində müttəfiq qüvvələr Avropa qitəsinin gördüyü ən genişmiqyaslı hava bombardmanını Almaniyanın Dresden şəhərinə qarşı başlatdı. Gecə və gündüz yanğın bombalarının da istifadə olunduğu hava hücumları nəticəsində 60 ilə 130 min arasında insan həyatını itirdi.

14 fevral 1989-cu ildə Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusunu təşkil edəcək 24 peykdən ilki Dünya orbitindəki yerini aldı.

14 fevral 2003-cü ildə dünyanın ilk klonlaşdırılmış məməlisi “Dolly” (qoyun) öldü. Şotlandiyadakı bir biotexnologiya fabrikində klonlaşdırılaraq düzəldilən və dünyanın ən məşhur qoyunu kimi adlandırılan “Dolly” 6 il yaşadı və onun 6 balası  oldu.



Әlaqәli Xәbәrlәr