Tarixdə bu gün: 7 fevral

7 fevral təqvim günündə baş verən əlamətdar hadisələrdən bir qismi.

1353096
Tarixdə bu gün: 7 fevral

7 fevral 1962-ci ildə ABŞ Kuba ilə olan bütün ixracat və idxalatını dayandırdı. Bir gün sonra isə ABŞ vətəndaşlarının Kuba ilə səyahət, maliyyə və ticarət məqsədli hər növ əlaqə qurmaları qadağan edildi.

7 fevral 1964-cü ildə İngiltərənin populyar musiqi qrupu “The Beatles” ilk ABŞ qastrol səfəri üçün Nyu-Yorka getdi. Heyranlarının böyük rəğbəti qarşısında qaldıqları otel polis barikkadasına alınarkən, qrup üzvləri iki gün müddətində otaqlarından çölə çıxa bilmədilər.

7 fevral 2007-ci ildə Bakı-Tblisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə dair saziş 3 ölkə rəsmilərinin iştirakı ilə Tblisidə imzalandı. Dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə istifadəyə verildi.



Әlaqәli Xәbәrlәr