Tarixdə bu gün: 5 fevral
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
***
1937-ci ilin 5 fevral günü Türkiyə Konstitusiyasının 2-ci Maddəsinə edilən dəyişikliklə əlaqədar 6 prinsip konstitusiya mətninə daxil edildi. Bu dəyişikliyə əsasən Türkiyə cümhuriyyət, millət, xalq, dövlət, dünyəvilik və inqilabçılıq əsaslarını daşıyır. Dövlətin rəsmi dili türk, paytaxtı Ankara şəhəridir.
***
Kiprdə İngiltərə hökumətinə qarşı artan etirazlarla bağlı danışıqlar aparmaq üçün 1959-cu ilin 5 fevralında İngiltərə, Türkiyə, Yunanıstan nümayəndələri Zürihdə bir araya gəldilər. Yunan tərəfini baş yepiskop Makarios, Türkiyə tərəfini Fazil Küçükün təmsil etdiyi və 6 gün sürən görüşlərdən sonra Kiprdə tək bir dövlət qurulması və onun İngiltərə, Türkiyə və Yunanıstanın qarantiləri altında olması razılaşdırıldı: Zürih Müqaviləsi imzalandı.
***
1975-ci ilin 5 fevralında ABŞ Konqresinin 11 dekabr 1974-cü ildə verdiyi “Türkiyəyə silah qadağası qərarı” tətbiq olunmağa başlandı. Qərarın səbəbi Türkiyənin 1974-cü ilin iyul və avqust aylarında Kiprə hərbi müdaxiləsi idi.
***
1991-ci ilin 5 fevralında Azərbaycan Ali Sovetinin sessiyasında üçrəngli dövlət bayrağı təsdiq edildi.
***
1994-cü ilin 5 fevralında Bosniya müharibəsi zamanı serblər Markale bazarına bomba atdılar: 68 həyatını itirdi, 144 nəfər yaralandı.
***
5 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1870-ci ilin 5 fevralında Cənubi Azərbaycanda tanınmış xanəndə Əbülhəsən anadan olub. Sonralar ailəsilə birlikdə dövrün paytaxtı Təbrizə köçüb.
1905-1911-ci il inqilabının lideri Səttarxan Əbülhəsənə “İqbali Azər” təxəllüsünü vermişdi.
Yüksək tembrli, məlahətli səsə malik xanəndə “Şur”, “Çahargah”, “Mahur” və “Segah” muğamlarını yüksək sənətkarlıqla ifa edib. (1870-1971)
***
1912-ci ilin 5 fevralında Azərbaycan teatr və kinosunun parlaq sənətkarı Münəvvər Kələntərli anadan olub.
21 yaşından (1933) səhnə fəaliyyətinə başlayan, əvvəlcə opera, sonlalar isə musiqili komediyalarında çıxış edən aktrisa tamaşaçıların yaddaşında daha çox “Arşın mal alan”, “Bəxtiyar”, “Görüş” və “Qızmar günəş altında” filmlərlə qalıb. (1912-1963)
***
1918-ci ilin 5 fevralında dahi Azərbaycan bəstəkarı Qara Qarayev anadan olub.
Konservatoriyada Azərbaycan musiqi məktəbinin banisi Üzeyir Hacıbəyovdan dərs almış Q.Qarayev daha sonra (1941) təhsilini Moskva Dövlət Konservatoriyasında böyük rus bəstəkarı Dmitri Şostakoviçin sinfində davam etdirib.
Bəstəkarın “7 gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürü və başqa əsərləri dünya musiq xəzinəsinin nadir incilərindəndir.
Qara Qarayev həm də Azərbaycan Dövlət Konservatoriyasında 70-ə yaxın peşəkar bəstəkar yetişdirib. (1918-1982)
***
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 19 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
Tarixdə bu gün: 9 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.