Tarixdə bu gün: 27 yanvar
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
***
Birinci Dünya Müharibəsindən sonra itirilən və Suriyanın içində muxtar status əldə edən Hataya 1937-ci ilin 27 yanvarında Millətlər Cəmiyyəti tərəfindən müstəqillik verildi.
1936-cı ildə Suriyanın müstəqilliyini tanıyan Fransaya qarşı diplomatik təzyiqini artıran Türkiyə Hataya da müstəqillik verilməsini istədi. Türkiyənin hərbi qüvvə tətbiqetmə ehtimalının artmasından sonra toplanan Millətlər Cəmiyyəti Hatayın müstəqilliyini tanıdı. Fransanın istəyilə seçkiləri Hatayın Türkiyə ilə birləşmə tərəfdarı olan partiyalar qazandı.
12 sentyabr 1938-ci ildə qurulan müstəqil Hatay Respublikası 1939-cu ilin 2 iyununda Türkiyəyə birləşmə qərarı verdi. Bu qərarla Türkiyənin cənub sərhədi də dəqiqləşmiş oldu.
***
900 günlük mühasirədən sonra - 1944-cü il yanvarın 27-də Leninqradın (Sankt-Peterburq) blokadası aradan qaldırıldı.
Mühasirədə olduğu günlərdə Leninqradda 640 mindən çox adam acından, 10 minlərlə insan köç zamanı, şəhərin artilleriya atəşinə tutulması və bormardman zamanı isə 17 min sakin həlak oldu, 34 min adam yaralandı.
***
27 yanvar 1958-ci ildə Kiprdə minlərlə türk adanın türklər və rumlar arasında ikiyə bölünməsi üçün nümayişə çıxdı. İngiltərə hərbçiləri nümayişçilərə qarşı güc tətbiq etdi. Hadisələr zamanı onlarla adam yaralandı, səkkiz türk həyatını itirdi.
***
NASA Ay Proqramının birinci kosmik gəmisi olan “Apollo-1” 1967-ci il 27 yanvarında Kennedi Kosmos Mərkəzində test zamanı yandı. Astronavtlar Qas Qrissom (Gus Grissom), Edvard Hiqqins Uayt (Edward Higgins White) və Rocer Çaffi (Roger Chaffee) həlak oldular.
***
Türkiyənin Los Angelesdəki baş konsulu Məmməd Baydar və konsul Bahadır Demir 1973-cü il 27 yanvarda uğradıqları sui-qəsd nəticəsində şəhid oldular.
ASALA terror təşkilatı tərəfindən törədilən sui-qəsdin qatili, erməni əslli ABŞ vətəndaşı Qurgen Yanıkyan qısa zamanda tutuldu və ömürlük həbsə məhkum edildi.
***
27 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Türkiyədə İstanbulda Janna Dark adına fransız kolleci, Azərbaycanda Bakı Dövlət Universitetinin Şərq fakültəsini bitirən, əsasən orta əsr Azərbaycan şəhərlərinin tədqiqatı ilə məşğul olmuş, görkəmli tarixçi alim, rəssam və bir sıra boyakarlıq əsərlərinin müəllifi Sara Aşurbəyli 1906-cı ilin bu günü Bakıda dünyaya gəlib. (1906-2001)
***
SSRİ-də qazma turbinin yaradıcılarından biri, neft-mədən sahəsində görkəmli Azərbaycan alimi Əyyub Tağıyev 1911-ci il 27 yanvarda anadan olub.
Amerika, Fransa, İtaliya və başqa ölkələrin firmalarına onun qazma turbininin tətbqi üçün lisenziya verilib.
Əyyub Tağıyevin Hindistan, Braziliya və Argentinanın neft sənayesinin inkişafında da rolu olub. (1911-1966)
***
Nağaranı solo alət səviyyəsinə qaldırmış populyar ifaçı Çingiz Mehdiyev 1932-ci ilin bu günü doğulub.
Zərb alətlərində çalmağa uşaq yaşlarından başlayan, Asəf Zeynallı adına musiqi texnikumu (1951), sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirən Çingiz 1956-cı ildə Moskvada Gənclər və Tələbələrin Ümumdünya Festivalında laureat adına layiq görülüb. O, 27 yaşından (1959) ömrünün sonunadək Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Çingiz Mehdiyev Azərbaycanda ilk nağaraçalanlar ansabmlının yaradıcısıdır. (1932-1992)
***
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 19 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
Tarixdə bu gün: 9 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.