Tarixdə bu gün: 21 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1342833
Tarixdə bu gün: 21 yanvar

*** 

  1522-ci il 21 yanvarda Osmanlı imperatorluğu Rodosu fəth etdi.

  Şərqi Aralıq dənizindəki strateji Rodos adası Sultan Süleyman Qanuninin başçılığı altındakı Osmanlı ordusu tərəfindən ələ keçirildi. Adanın səlahiyyətliləri 9 maddəlik müqavilə ilə Rodos və 12 adanı osmanlılara təslim etdilər.

***

  1922-ci ilin bu günü Gürcüstanda Azərbaycan dilində “Yeni fikir” qəzeti nəşrə başladı. Həmin dövrdə Gürcüstan ziyalıları ilə yanaşı Səməd Vurğun, Mikayıl Müşfiq, Hüseyn Cavid və digər görkəmli qələm sahibləri bu qəzetlə əməkdaşlıq edirdilər.  

***

  1954-ü ilin 21 yanvarında Amerikanın Konnektikut ştatının Qroton limanında dünyada ilk sualtı qayıq olan “Nautilus” suya buraxıldı. 4 il sonra (1958) avqustun 3-də “Nautilus” dənizçilik tarixində ilk dəfə suyun altından şimal qütbünü keçdi.

  Qeyd edək ki, sualtı qayıqların yaradılması təşəbbüsü Hayman Corc Rikoverə məxsusdur.

  Hazırda Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çinin 100-dən çox sualtı qayığı var.  

***

  1990-cı ilin bu günü paytaxt Bakıda Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası başlandı. Sessiyada “Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında” qərar qəbul olundu, amma həyata keçirilə bilmədi.  

***

  21 yanvar 1996-cı ildə Fələstində ilk dəfə keçirilən prezident seçkilərini Yaser Ərafat qazandı.  

 

 

***

  Türkiyəyə prezident hökumət sistemini gətirən konstitusiya dəyişikliyi 2017-ci ilin 21 yanvar tarixində Türkiyə Böyük Millət Məclisində qəbul edildi. 18 maddədən ibarət və 339 səslə qəbul edilən dəyişikliyə əsasən, prezident və millət vəkilliyi müddəti 5 ilə yüksəldildi və deputat sayı 600-ə çıxarıldı.

***

 

 

 

 

21 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

 

  Azərbaycanın görkəmli türkoloq alimi Bəkir Çobanzadə 1893-cü ilin bu günü Simfiropol qəzasının Arqın kəndində dünyaya gəlib.

  İstanbulun “Sultani” liseyində (1909-1914) oxuyan, Budapeşt Universitetini (1918) bitirən B.Çobanzadə 1921-1923-cü illərdə Krım-Tatar Muxtar Sovet Sosialist Respublikasının maarif komissarı işləyib. O, 42 yaşında (1935) SSRİ Elmlər Akademiyası Azərbaycan filialının həqiqi üzvü, Paris Dilçilik Cəmiyyətinin üzvü olub.  

  Bəkir Çobanzadə türk dillərinin müqayisəli qrammatikası, tədris metodikası, türk xalqlarının ədəbiyyat tarixi və folkloruna dair tədqiqatların müəllifidir.

  Alim 1938-ci ildə Stalin repressiyasının qurbanı olub. (1893-1938)

***

  Rusiya Oktyabr İnqilabının lideri və SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) qurucusu Vladimir İliç Lenin 1924-cü il 21 yanvarında 53 yaşında vəfat edib.  

***



Әlaqәli Xәbәrlәr