Tarixdə bu gün: 16 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

Tarixdə bu gün: 16 yanvar

*** 

  Qafqazı ələ keçirmək uğrunda Səfəvi – Osmanlı (İran-Тürkiyə) müharibəsi 1732-ci il 16 yanvar tarixində başa çatdı və sülh müqaviləsi imzalandı. Bununla da çoxəsrlik münaqişənin daha bir mərhələsi sonlandı.

 

 

 

***

  Məşhur ixtiraçı, fransız kimyaçısı və fiziki Cozef Lui Qey-Lüssak (Jozeph Luis Gay-Lussac) 1804-cü ilin 16 yanvarında hidrogenli şar balonu içində 7016 metr yüksəkliyə qalxdı. Bu rekord 50 il boyu təkrarlanmadı.  

***

 

 

 

 

 

  Rusiyada Sosialist inqilabının fəallarından biri və Leninin silahdaşı olan İosif Stalin 1928-ci il 16 yanvarda SSRİ-nin baş katibi vəzifəsini ələ keçirdi. Bundan sonra Stalin iqtidar mübarizəsinə girən və Lev Trotskinin də olduğu müxalif siyasətçiləri ölkə xaricinə sürgünə göndərmək barədə qərar verdi.

  Qeyd edək ki, 20 yanvarda sürgünə göndərilən Trotski həyat yoldaşı və oğlu ilə birlikdə fevralın 14-də Türkiyəyə gəlib və 4 il yarım İstanbulda yaşayıb.

 

 

 

 

***

  Liviyada 1969-cu il Azad Zabitlər Hərəkatının lideri Muammer Qəddafi çevrilişlə hakimiyyəti ələ keçirdi. Yeni konstitusiya qüvvəyə mindikdən sonra o, 1970-ci ilin 16 yanvarında baş və müdafiə naziri vəzifələrini də boynuna götürdü.

  40 ildən artıq ölkəni təkbaşına idarə edən Qəddafi 2011-ci ildə ölkədə çıxan qiyamdan sonra saxlandığı Sirte şəhərində linç edilərək öldürüldü.

  Linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəzadır.

***

 

 

 

 

  1991-ci ilin 16 yanvarında ABŞ və müttəfiqləri Küveyti işğal edən İraqa qarşı"Səhra fırtınası" hərəkatına başladılar. Hərəkatda ilk olaraq hava əməliyyatı və mərmi hücumları həyata keçirildi.

  Birinci Körfəz Müharibəsi olaraq tarixə düşən "Səhra fırtınası" hərəkatının başlaması ilə İraq Ordusu da İsraili “Scud” raketi atəşinə tutdu.  

 

 

 

*** 

16 yanvarda həm də bu tarixi şəxsiyyət xatırlanır.

  Azərbaycanda kibernetika və hesablama texnikası sahəsində görkəmli mütəxəssis Böyükağa Əzimov 1924-cü ildə anadan olub.

  1951-ci ildən neftçıxarma sahəsində elektron hesablama maşınlarının tətbiqi laboratoriyasına başçılıq edən alim 1961-1966-cı illərdə Azərbaycan Respublikası Nazirlər Sovetində elmi-tədqiqat işləri üzrə əlaqələndirmə komitəsinin sədri, “Texniki tərəqqi uğrunda” jurnalının baş redaktoru olub. (1924-1995)

*** 



Әlaqәli Xәbәrlәr