Tarixdə bu gün: 12 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1337115
Tarixdə bu gün: 12 yanvar

*** 

 

 

  İstanbulun Beyoğlu rayonunda inşa edilən tunel 1875-ci ilin 12 yanvarından sərnişin daşımağa başladı. Bu tünel London metrosundan sonra dünyanın köhnə sistemli ikinci yeraltı ictimai nəqliyyat sistemidir.

  1939-cu ildə Beyoğlu tuneli milliləşdirildi.

 

 

 

 

***

 

 

  1908-ci ilin köhnə təqvimlə 12, yeni təqvimlə 25 yanvar tarixində Azərbaycanın paytaxtı Bakıda Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk nümayişi oldu.  

  Bütün Şərqin ilk operasında Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə, o vaxtlar hələ qadın aktrisa olmadığına görə, çayçı şagirdi Əbdürrəhim Fərəcov oynayırdı. Operanın dirijoru isə tanınmış yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi.

 

 

***

 

  12 yanvar 1920-ci ildə son Osmanlı Mebusan Məclisi İstanbulda toplandı.

  Həm sultan, həm də Anadolu xalqını təmsil edən millət vəkillərinin iştirak etdiyi Məclis ölkənin torpaq bütövlüyünün təmin edilməsi və tam müstəqillik naminə "Misaki-Milli" qərarını verdi. Bundan razı qalmayan müttəfiqlər 16 martda İstanbulu rəsmən işğal etdilər və Məclisi dağıtdılar. Millət vəkillərinin bir qisimi həbs olunaraq Malta adasına sürgün edildi.  

 

 

***

 

 

 

  1991-ci il 12 yanvarda ABŞ Konqresi İraq ordusunun Küveytdən çıxarılması üçün hökumətə əmretmə səlahiyyəti verdi. Bu qərar Birinci Körfəz Müharibəsinin başlanmasına səbəb oldu.  

 

 

 

 

 

***

 

 

 

  12 yanvar 2006-cı ildə Həcc ziyarəti üçün Minada olan hacı namizədləri izdihamında 364 adam həyatını itirdi.

 

 

 

 

 

***

12 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

 

  Məşhur fransız şairi, yazıçısı və tənqidçisi Şarl Perro (Charles Perrault) 1628-ci ilin bu günü anadan olub. Onun “Qırmızı papaq”, “Çəkməli pişik”, “Büllur başmaqnağılları dünyanın əksər xalqlarının dillərinə tərcümə edilib, əsərlərinin süjetləri əsasında opera və baletlər yazılıb, bədii və cizgi filmləri çəkilib. (1628-1703)

 

***

  Tanınmış Amerika yazıçısı Cek London (Jack London) 1876-cı ilin 12 yanvarında San-Fransiskoda dünyaya gəlib.

  Gəncliyində sərgərdan həyat keçirən, müxtəlif günəmuzd işlər görən, matros, sonralar müxbir çalışan Cek müstəqil yollarla savad qazanıb, Kaliforniya Univesitetinə daxil olub, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq qoyub.

  Cek London “Şimal” hekayələri, “Qar qızı” romanı, “Əcdadların çağırışı” və “Ağ diş” povestlərində yaşadığı cəmiyyətin anti-humanist mahiyyətini qələmə alıb. Yazıçıya ən böyük şöhrəti isə daha çox “Dəniz canavarı”, “Dəmir daban” və “Martin İden” əsərləri gətirib.

***

  SSRİ-də Atom Enerjisi İnstitutunun əsasını qoyan alim, məşhur rus fiziki, akademik İqor Kurçatov 1903-cü ilin bu günü anadan olub.

  1924-1925-ci illərdə Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasında assistent ikən nüvə fizikası sahəsində tədqiqatlara başlayıb.  

  Nüvə reaksiyalarının şaxələnməsini kəşf edən və bir sıra elementin süni radioaktivliyinin öyrənilməsinin tədqiqi ilə məşğul olan İqor Kurçatovun rəhbərliyi ilə Moskvada ilk Siklotron və Avropada ilk atom reaktoru qurulub, ilk sovet atom bombasıdünyanın ilk termonüvə bombası yaradılıb. (1903-1960)

*** 



Әlaqәli Xәbәrlәr