Tarixdə bu gün: 8 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1336717
Tarixdə bu gün: 8 yanvar

***

  Azərbaycan Respublikası ərazisində yerləşən qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı 463-cü ilin bu günü Qəbələdən Bərdə şəhərinə köçürülüb.

***

  Birinci Dünya Müharibəsində Çanaqqala Cəbhəsində Türkiyənin müqavimətini qıra bilməyən və geriçəkilmə qərarı verən müttəfiq qüvvələrin son hərbi birlikləri 1916-cı ilin 8 yanvarında Çanaqqaladan çıxmağa başladı. Bir gün sonra 5-ci Ordu komandiri Otto Liman von Sanders Gelibolu yarımadasında müttəfiq əsgəri qalmadığını Baş Komandanlığa teleqrafla bildirdi.

***

  1992-ci ilin bu günü ermənilər “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində terror aktı törətdilər. Hadisə nəticəsində 25 adam həlak oldu, 88 nəfər yaralandı.

*** 

8 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

   Venesiyada bir tacir ailəsində anadan olan məşhur səyyah Marko Polo (Marco Polo) 1324-cü ilin bu günü 70 yaşında dünyadan köçüb.

  Papa IX Greqorisin atası və əmisinin Kubilay Xana məktub aparması ilə səyahətə başlayan, 17 il boyu müxtəlif ölkələri gəzən, Venesiyaya döndükdən sonra isə Genuya (Ceneviz) ilə döyüşə qatılıb əsir düşən Marko Polo həbsdə olduğu zaman gördüyü yerləri qələmə alaraq məşhur səyahətnaməsini yazıb.

  Səyyah o dövrdə avropalılara tanış olmayan Asiya materiki, buradakı dövlətlər və xalqlar haqqında ilk dəfə daha dəqiq və ətraflı məlumat verib. (1254-1324)

 

***

 

  Müasir fizika və astronomiya elmlərinin baniləri arasında yer alan İtaliya alimi Qalileo Qaliley (Galileo Galilei) 1642-ci ilin bu günü 79 yaşında dünyadan köçüb.

  Yer kürəsinin Günəş ətrafında fırlandığını elan edincə İnkvizisiya (engizisyon) Məhkəməsi tərəfindən ölümə məhkum edilən Qaliley ancaq fikrini geri götürdükdən sonra bağışlanıb. (1564 - 1642)

 

***

  Azərbaycan sərkərdəsi, general Əmənulla xan Qacar 1862-ci ildə Qarabağın mərkəzi Şuşada anadan olub.

  Sankt-Peterburqda hərbi kadet korpusunu bitirdikdən sonra 9-cu piyada kazak diviziyasının komandiri olan Əmənulla xan Birinci Dünya Müharibəsi illərində Avstriya cəbhəsində döyüşüb, üçüncü dərəcəli “Müqəddəs Vladimir”, ikinci dərəcəli “Müqəddəs Anna” və “Müqəddəs Stanislav” ordenlərinə layiq görülüb.

  General-mayor Əmənulla xan Qacar 1918-1920-ci illərdə dörd general qardaşı ilə birlikdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib.

  Boşleviklər Azərbaycanda hakimiyyətə gəldikdən sonra o, İrana gedib, Tehranda yaşayıb və 1937-ci ildə 75 yaşında dünyadan köçüb. (1862-1937)

*** 



Әlaqәli Xәbәrlәr