Tarixdə bu gün: 3 yanvar

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1333620
Tarixdə bu gün: 3 yanvar

3 yanvar 1621-ci ildə Orta əsr Avropasında Kilsənin avtoritetini mühakimə edərək “İslahat hərəkəti”nin başlanmasına səbəb olan Martin Lüter Katolik dünyasının dini lideri Papa 10-cu Leo tərəfindən kilsədən qovuldu. Romaya çağrılaraq özünü müdafiə etməsi istənən Martin Lüter bu tələbi də rədd etdi və İncili almancaya tərcümə edərək Kilsəyə qarşı üsyan qaldırdı.

 

 

3 yanvar 1961-ci ildə Fidel Kastro başçılığındakı kommunist qüvvələrin paytaxt Havananı ələ keçirməsi qarşısında ABŞ Kuba ilə əlaqələrini kəsdi. Düz 1 il sonra həmin gün Papa 23-cü Yohannes Fidel Kastronu kilsədən qovdu.

 

3 yanvar 1990-cı ildə ABŞ ordusunun müdaxiləsi nəticəsində devrilən Panama dövlət başçısı Manuel Noriega 10 gün müddətincə sığındığı Vatikanın Panama Sity səfirliyindən çıxaraq Amerikan əsgərlərinə təslim oldu. Noriegaya ABŞ-da çıxarıldığı məhkəmə tərəfindən iş kəsildi. Fransada da həbs olduğu illərdən sonra ölkəsi Panamaya təhvil verilən Noriega 2017-ci ildə dünyadan köçdü.

 

 

3 yanvar 2004-cü ildə Misirdə xüsusi hava yolları şirkətlərindən birinə məxsus təyyarə Şarm Əl-Şeyx uçuşu zamanı Qırmızı dənizə düşdü. Təyyarədəki 148 nəfər həyatını itirdi.



Әlaqәli Xәbәrlәr