Tarixdə bu gün: 1 yanvar

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

1332557
Tarixdə bu gün: 1 yanvar


 ***

  Vaxtları dilimlərə bölmək - saniyələri dəqiqələrə, dəqiqələri saatlara, saatları günlərə, günləri aylara, ayları illərə ayırmaq təbiətdəki canlılar arasından yalnız insana məxsusdur. Buna görə də bəşər övladı günü, ayı, ili bir araya sığdırmaq üçün təqvim icad etdi. Dünyanın ayrı-ayrı qitələrində ayrı-ayrı insanlar tərəfindən müxtəlif təqvimlər yarandı.

  Əksər xalq və dövlətlərin hələ də istifadə etdiyi Jülyen, yəni Miladi təqvimi eramızdan əvvəl 45-ci ilin 1 yanvarından qəbul olunub. O günə qədər hicri təqvimindən istifadə edən Türkiyə 1925-ci ildən Miladi təqvimə keçib və 1936-cı ildən yeni ilin ilk günü tətil elan edilib.

***

  1934-cü il yanvarın 1-də Azərbaycanda həftəlik “Ədəbiyyat qəzeti”nin ilk sayı çapdan çıxdı. O vaxtlar bu qəzetdə Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza kimi yazıcı və şairlər əməkdaşlıq edirdilər.

***

  1940-cı ilin 1 yanvarında Azərbaycan Respublikası latın əlifbasından kirilə keçdi.

***

 

  1959-cu ildə Kubada diktator Fulxensio Batista (Fulgenico Batista) yeni ilin ilk saatlarında paytaxt Havanadan qaçdı.

 

  Fidel Kastronun (Fidel Castro) rəhbərliyi altında olan silahlı qruplar Çe Qevaranın (Che Guevara) başçılığı ilə Havanaya girdi. Ölkənin fəhlə və kəndliləri Kastronun çağırışına səs verərək ümumi tətilə başladılar.

 

 

 

 

 

 

***

 

 

  1 yanvar 1987-ci ildə Çindəki kommunist rejiminə qarşı geniş tələbə hərəkatı başladı.

 

 

  Paytaxt Pekindəki Tiananmen meydanında toplanan və polis dəhlizini zorakılıq olmadan qıran təxminən 3 min tələbə "Azadlıq və demokratiya" tələbiylə hərəkətə keçdi. Polisin müdaxiləsiylə meydandan uzaqlaşdırılan fəal tələbələrdən bir qismi həbs olundu. 

 

 

***

  2002-ci ilin 1 yanvarı Hollandiyada evtanaziya tətbiqilə bağlı qərar qəbul edildi. Bununla da Hollandiya sağalmaz (ölümcül) xəstəlikdən əziyyət çəkən insan və ya heyvana həyatlarını sona çatdırma haqqı verən ilk ölkə oldu.

***

1 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Azərbaycanda XX əsrin neft ustası kimi tanınan Ağa Nemətullanın xatirə günüdür.  

  1896-cı ildə Cənubi Azərbaycanın (İran) Sərab şəhərində dünyaya gələn Ağa Nemətulla sonralar çalışmaq üçün Bakıya gəlib. 1915-ci ildən Ramana neft mədənlərində işləməyə başlayıb.

  SSRİ dövründə neft sənayesi yenilikçisi kimi tanınan Ağa Nemətullanın adına Bakı şəhərində küçə də vardır. O, 1958-ci ilin 1 yanvarında 62 yaşında vəfat edib. (1896-1958)

***



Әlaqәli Xәbәrlәr