Tarixdə bu gün: 31 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1327973
Tarixdə bu gün: 31 dekabr

***

  1609-cu il 31 dekabr tarixində İstanbulda Sultan Əhməd məscidinin təməli atıldı. Memar Sədəfkar Məmməd Ağa tərəfindən aparılan inşaat 8 ildə tamamlandı.

***

  31 dekabr 1879-cu ildə amerikalı ixtiraçı Tomas Edison (Thomas Edison) elektrik lampasını ilk dəfə xalqa tanıtdı və Pennsilvaniya şəhərinin küçələri elektrikli lampalarla işıqlandırıldı.

***

  1981-ci ilin 31 dekabrında TRT ilk rəngli televiziya verilişini Yeni İl gecəsi üçün hazırlanan xüsusi əyləncə proqramıyla reallaşdırdı.

***

  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

  1989-cu ildə Türkiyənin İstanbul şəhərində tarixdə ilk dəfə olaraq Azərbaycanlıların Ümumdünya Konqresi toplaşdı.

  1991-ci ildən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olaraq qeyd edilir.                                                                         

  Hazırda dünyanın müxtəlif guşələrində 50 milyona yaxın azərbaycanlının yaşadığı məlumdur. Bunlardan 30 milyonu İranın əsasən Cənubi Azərbaycan torpaqlarında, 9 milyondan çoxu Azərbaycan Respublikası ərazisində, 2 milyondan çoxu MDB-nin müxtəlif ölkələrində, yarım milyonu Gürcüstanda, 8 milyona yaxını isə Avropa, Asiya, Amerika və Avstraliyada yaşayır.

  2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının ilk qurultayı keçirilib. Məhz bu möhtəşəm tədbirdən sonra Skandinaviya, İtaliya, ABŞ, Avstriya, Almaniya və digər ölkələrdə yaşayan azərbaycanlı soydaşlar diaspora halına gətirildi, azərbaycançılıq ideyası daha səmərəli təbliğ olunmağa başladı.   

  2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət komitəsi yaradıldı.

***

  Avstriya, Finlandiya və İsveç 1994-cü ilin 31 dekabrında Avropa İttifaqının üzvləri oldular. Beləcə, ittifaqın üzvlərinin sayı 15-ə yüksəldi.

***

  1999-cu il 31 dekabr tarixində Rusiya prezidenti Boris Yeltsin ani bir qərarla vəzifəsindən ayrıldı. B.Yeltsin bütün səlahiyyətlərini ölkənin o zamankı baş naziri Vladimir Putinə təhvil verdi.

***

31 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dünyaşöhrətli Azərbaycan alimi Yusif Məmmədəliyev 1905-ci ilin bu günü Ordubadda anadan olub.

  1926-cı ildə Azərbaycan Ali Pedoqoji İnstitutunu bitirdikdən sonra bir müddət Gəncə Pedoqoji Texnikumunda və İrəvan Pedoqoji İnstitutunda kimya müəllimi işləyib, Lomonosov adına Moskva Dövlət Universitetinində təhsilini davam etdirib.

  1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqdan sonra Neft İnstitutuna rəhbərlik edib. Akademiyanın ilk 15 həqiqi üzvündən biri seçilən Yusif Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub.

  Əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsinə aiddir. Müharibə illərində onun kəşf etdiyi yüksək oktanlı benzin təyyarələrdə istifadə üçün son dərəcə qiymətli yanacaq olub.

  Y.Məmmədəliyev 1961-ci ildə 56 yaşında dünyasını dəyişib. (1905-1961)

***

  Azərbaycanın tanınmış teletatr rejissoru Rauf Kazımovski 1928-ci ilin 31 dekabrında dünyaya gəlib.  

  1952-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsini bitirən Kazımovski elə həmin ildən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb.

  1960-cı illərdə Azərbaycanda televiziya teatrı məktəbini yaradıb. 100-lərlə tamaşaya televiziya ekraınında həyat verən Rauf Kazımovski həm də ölkədə bədii televiziya filmlərinin yaradıcısıdır. (1928-1976)

***

  O, 31 dekabrda dünyasını dəyişib.

  Dünya dramaturgiyası tarixində çox az müəllif var ki, onun hər bir əsərinin tamaşası əsl hadisəyə çevrilsin. Belə dramaturqlardan biri Cəfər Cabbarlıdır.

  1899-cu ilin baharında dünyaya göz açan Cəfər ədəbi yaradıcılığa erkən başlayıb: ilk şeiri 16 yaşında ikən dərc edilib.

  C.Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi və ictimai hadisələrin fəal iştirakçısı olub.

  Cəfər Cabbarlının “Solğun çiçəklər”, “Aydın”, “Oqtay Eloğlu”, “Sevil”, “Almaz”, “1905-ci ildə”, “Dönüş”, “Yaşar” pyeslərinin tamaşaları XX əsrin 20-ci illərindən başlayaraq bu günə kimi bir çox aktyor nəslinin yetişməsində misilsiz rol oynayıb. O, Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə həm də ustad şair, nasir, tərcüməçi, teatr və kino rejissoru, aktyor və bəstəkar kimi daxil olub. (1899-1934)

***

  Qandi roluyla tanınan “Oscar” mükafatlı aktyor Ben Kinqsley 1943-cü ilin bu günü İngiltərədə dünyaya gəlib.

***



Әlaqәli Xәbәrlәr