Tarixdə bu gün: 29 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1327899
Tarixdə bu gün: 29 dekabr

***

  1791-ci il 29 dekabr tarixində Rusiya ilə Osmanlı imperiyaları arasında Yassı Sülh Müqaviləsi bağlandı. Həmin sənədə əsasən, Cənubi Buq çayından Dnestr çayına qədər dəniz sahilləri Rusiyanın tabeliyinə keçdi. Osmanlı dövləti Krımın Rusiyaya verilməsini təsdiq etməli oldu. Beləliklə, Rusiya Qaradənizin şimal sahillərində qəti surətdə möhkəmləndi. 

***

  İkinci Dünya Müharibəsi zamanı - 1940-cı ilin 29 dekabrında İngiltərənin paytaxtı Almaniya Hava Qüvvələrinin ən böyük hücumlarından biri ilə qarşılaşdı: faşist təyyarələri Londona bir gecədə təxminən 10 min yanğın bombası atdı.

***

  1967-ci il 29 dekabrda bugünkü Şimali Kipr ərazisində Fazıl Küçüyün başçılığı altında Qıbrız Müvəqqəti Hökuməti quruldu.

***

  29 dekabr 1972-ci ildə ABŞ-ın Nyu-York şəhərindən Miamiyə uçan sərnişin təyyarəsi pilotun səhvi üzündən şəhər yaxınlığındakı bataqlığa düşdü, 101 nəfər həyatını itirdi.

***

  1995-ci ilin bu günü bioloji müxtəliflik, yəni Yer kürəsinin flora və faunası haqqında beynəlxalq konvensiya qüvvəyə mindi. 1996-cı ildən 29 dekabr Beynəlxalq Biloloji Müxtəliflik Günü olaraq qeyd edilir.   

***

  “Figen Akat” Türkiyə gəmisinin 1995-ci ilin 29 dekabrında quruya yan alması ilə "Kardak böhranı" başlandı. Rəsmi Ankara Kardak qayalıqlarının Türkiyəyə aid olduğuna dair Yunanıstana nota verdi. Yunanıstan isə 10 yanvar 1996-cı ildə verdiyi qarşı nota ilə qayalıqların ona aid olduğunu iddia etdi, məsələ böhrana səbəb oldu.

***

  Orta Amerika ölkəsi Quatemalada 36 il sürən vətəndaş müharibəsi hökumət və müxalifət arasında 1996-cı ilin 29 dekabrında imzalanan razılaşma ilə sona çatdı.

***

  1999-cu ilin bu günü Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı.

***

29 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Müasir Azərbaycan tarının yaradıcısı Sadıqcan 1846-cı ilin bu günü Qarabağın mərkəzi Şuşada anadan olub.

  Gənclik illərində dövrün məşhur musiqiçisi Mirzə Ələsgər Qarabağidən dərs alan tarzən Hacı Hüsnü, Məşədi İsini, Keştazlı Haşımı, Əbdülbaği Zülalov, sonralar isə Cabbar Qaryağdıoğlunu müşayət edib.

  Sadıqcan 1897-ci ildə Şuşada Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi ilə göstərilən bir pərdəli “Məcnun Leylinin məzarı üstündə” tamaşasının musiqi tərtibatını verib.

  1875-1879-cu illərdə xalq musiqisinin xüsusiyyətlərini nəzərə alaraq tarın yeni səs düzümünü yeni qaydada tənzimləyib, bir çox təsnif, rəng və mahnılar yaradıb. (1846-1902)

***

  Azərbaycan tarixinin müxtəlif mərhələlərinin bədii mənzərəsini yaradan, eyni zamanda, müasir gəncliyin həyatından bəhs edən, roman, povest və hekayələrilə tanınan yazıçı və ədəbiyyatşünas Əzizə Cəfərzadə 1921-ci ilin 29 dekabrında dünyaya gəlib.

  Ə.Cəfərzadənin klassik Azərbaycan ədəbiyyatının, xüsusilə şifahi ədəbi irsin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri bu gün də öz dəyərini qoruyub-saxlayır. (1921-2003)

***



Әlaqәli Xәbәrlәr