Tarixdə bu gün: 28 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1330607
Tarixdə bu gün: 28 dekabr

***

  1065-ci ilin bu günü İngiltərə kralı Eduard tərəfindən paytaxt Londonda Vestminster iqamətgahının (Westminster Abbey) əsası qoyulub. Bu bina sonralar ingilis monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi yerə çevrilib.

  Hazırda ən gözəl memarlıq abidələrindən biri olan Vestminster abbatlığı 100 illərdir Britaniya hökmdarlarının iqamətgahı olub. Burada öz zəmanəsinin görkəmli şəxsiyyətləri olan kraliça I Yelizaveta, bəstəkar Corc Frederik Gendel, alimlərdən İsaak Nyuton, Şarlz Darvin, şair Çoser və yazıçı Şarlz Dikkens dəfn edilib.  

***

  28 dekabr 1612-ci ildə İtaliya alimi Qalileo Qaliley (Galileo Galilei) Neptun planetini kəşf etdi, ancaq onu ulduz deyə tanıtdı.   

***

  1878-ci il dekabrın 28-də İngiltərənin Dandi (Dundee) şəhəri yaxınlarında bir dəmiryolu körpüsü qatar keçidi zamanı çökdü, 75 adam boğularaq həyatını itirdi.

***

  Lümer (Lumiere) qardaşlarının çəkdiyi "Qatarın La Ciotat stansiyasına gəlişi”, “Körpənin savaşı” və “Nalbənd" filmləri 1895-ci ilin bu günü Parisdə ilk dəfə tamaşaçılara təqdim edildi. Bundan sonra 28 dekabr Ümumdünya Kino Günü olaraq qeyd edilməyə başlandı.   

***

  1918-ci il dekabrın 28-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi 3-cü hökumət kabinetinin təşkili başa çatdı. Elə həmin gün Avropaya - Paris Sülh konfransına nümayəndə heyəti seçildi. Heyətə paralmentin sədri Əlimərdan bəy Toçubaşov rəhbər təyin olundu.

  Nümayəndə heyətinə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin de-fakto tanınmasına nail olmaq, Azərbaycanın milli mənafeyi və süverenliyini qorumaq səlahiyyətləri verilmişdi.  

***

  İnsan haqqları müdafiəçisi və yazıçı Aleksandr Soljenitsin sovet həbsxanalarından bəhs edən "Qulaq arxipelaqı" adlı əsərini 1973-cü il 28 dekabr tarixində yayınladı. 

***

  28 dekabrda Xankəndi şəhəri və ətraf əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

  Əslində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə 1989-cu ildən başlanıb. Erməni silahlı quldurları bu şəhərdə yaşayıb-işləyən azərbaycanlıları təqib edib, zorla ev-eşiyindən qovub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. Bu, Kərkicahan qəsəbəsinin işğalı ilə başlanılıb. İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılıb.

  İşğal gününə qədər Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil edilib.

  Xankəndinin işğalı nəticəsində 34 nəfər şəhid olub, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si isə azyaşlı uşaq olub. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

 ***

28 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  "Hörümçək adam", "Hulk" və "X adam” (X Men) kimi fantastik romanlarıyla tanınan amerikalı (ABŞ) yazıçı Sten Li (Stan Lee) 1922-ci ilin bu günü anadan olub. (1922 - 2018)

***

  28 dekabr 1991-ci ildə Bakının “Mayak” radiosunun əməkdaşı Leonid Lazareviç Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Kərkicahan kəndində reportaj hazırlayarkən erməni gülləsinə tuş gəlib və dünyasını dəyişib.  (1967 - 1991)

***

  2004-cü ilin 28 dekabrında, "Ölüm tuneli", "Vulkan sevgilim" başda olmaqla, bir çox məşhur əsərin müəllifi, amerikalı (ABŞ) yazıçı Süzen Sontaq (Susan Sontag) 68 yaşında həyatdan köçüb. (1933 - 2004)

***



Әlaqәli Xәbәrlәr