Tarixdə bu gün: 27 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1330118
Tarixdə bu gün: 27 dekabr

27 dekabr 537-ci ildə 532-ci ildəki üsyan zamanı yandırılan Ayasofiya kilsəsinin bərpa işləri tamamlandı və Bizans imperatoru 1-ci Justinianusun da iştirak etdiyi mərasimlə Ayasofiya yenidən ibadətə açıldı.

***

27 dekabr 1919-cu ildə Mustafa Kamal Paşa və Sivasda seçilən Təmsil Heyəti Ankaraya gəldi. Mustafa Kamal Paşa Ankaranın Dikmən məhəlləsində ankaralılar tərəfindən coşğulu mərasimlə qarşılandı.

***

27 dekabr 1936-cı ildə Türkiyə Cümhuriyyətinin milli himni “İstiklal marşı”nın şairi Mehmet Akif Ersoy İstanbulda həyatını itirdi.

***

27 dekabr 1945-ci Beynəlxalq Valyuta Fondu (BVF) təsis edildi. Həmin gün 29 dövlət BVF-nin Xartiyasını imzaladı. Hazırda BVF öz

 

sıralarında 188 dövləti birləşdirir. Onun strukturlarında 133 ölkədən 2500 əməkdaş işləyir.

***

27 dekabr 1975-ci ildə Hindistanın Bihar rayonunda mədən ocağında baş verən partlayışda 372 nəfər həyatını itirdi.

***

27 dekabr 2007-ci ildə Pakistanın keçmiş baş naziri Bənazir Butta seçki fəaliyyətləri üçün getdiyi Ravalpindi şəhərində edilən sui-qəsd nəticəsində həyatını itirdi.

***

27 dekabr 2008-ci ildə İsrail ordusu Qəzza zolağına bomba yağdırdı. Qəzza şəhəri və ətrafında 230 fələstinli həyatını itirdi.



Әlaqәli Xәbәrlәr