Tarixdə bu gün: 26 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1326230
Tarixdə bu gün: 26 dekabr

***

  1898-ci ildə fransız alimləri Pyer və Mari Küri (Pierre və Marie Curie) radium elementini kəşf etdilər. Bununla əlaqədar onlar 1903-cü ildə Nobel Fizika Mükafatını qazandılar.  

***

  26 dekabr 1905-ci ildə Cənubi Afrikanın Pretoria bölgəsində 3106 karat dəyərində "Cullinan" almazı tapıldı. 9 parçaya bölünən almazdan əldə edilən 530 karatlık dünyanın ən böyük brilyantıBöyük Britanya kral tacına yerləşdirildi.  

***

  1975-ci ilin bu günü SSRİ (keçmiş Sovetlər) dünyanın ilk süpersonik təyyarəsi olan “Tu-144”ü xidmətə çıxardı.  

***

  “Time” jurnalının hər il yayınladığı “İlin adamları” siyahısına 1982-ci ilin 26 dekabrında ilk dəfə insan olmayan bir obyekt düşdü: bu, fərdi kompüter idi.

***

  2003-cü il 26 dekabr tarixində İranın Kirman əyalətində 6,6 bal gücündə zəlzələ baş verdi ki, çoxu Bəm şəhərindən olmaqla təxminən 20 min adam həyatını itirdi.

***

26 dekabrda həm də bu adamlar xatırlanır.

  Dünya elminin korifeylərindən olan İngiltərə alimi İsaak Nyuton 1642-ci ilin bu günü anadan olub.

  Fizika, riyaziyyat, mexanika sahəsində böyük kəşflərin müəllifi olan Nyuton həm də astronomiyanın nəzəri əsaslarının yaradılması üzərində çalışıb. Onun “Cazibə qanunu” adı ilə məşhur olan mexanikanın 3 qanunubəşəriyyətin ən böyük kəşflərindən sayılır.    

  İsaak Nyuton “Başlanğıclar” əsərində ilk dəfə Yer və Goy mexanikasının vahid sistemini yaradıb.

  İ.Nyuton həm də London Kral Cəmiyyətinin prezidenti idi. (1642-1727)

*** 

  Böyük rus bəstəkarı, simfonik musiqinin inkişafında böyük xidmətləri olan Aleksandr Skryabin 1872-ci il 26 dekabrda anadan olub. Məhz onun təşəbbüsü ilə simfonik orkestrin heyətinə orqan və zənglər daxil edilib.

  A.Skryabinin sözsüz xor partiyaları, “Misteriya”, “Prometey”, “İlahi poema” kimi simfonik əsərləri dünya musiqisinin incilərindən sayılır. (1872-1915)

***

  Osmanlı dövründə antik Truva şəhərini gün üzünə çıxaran və tapdığı Truva xəzinələrini xaricə qaçıran alman həvəskar arxeoloq Henrix Şliman (Hinrich Schliemann) 1890-cı ilin bu günü Napolidə ölüb.

***

  Misir xalqının istiqlaliyyət qazanmasında əvəzsiz xidmətləri olan, respublikanın görkəmli dövlət və siyasi xadimi Ənvər Sadat 1918-ci ilin 26 dekabrında dünyaya gəlib.

  İsrail-Ərəb münaqişəsinin ilk dəfə sülh yolu ilə həll olunmasında səmərəli fəaliyyətinə görə Nobel Beynəlxalq Sülh Mükafatına layiq görülən Ə.Sadat 1981-ci ilin oktyabrında hərbi parad zamanı qətlə yetirilib. (1918-1981)

***



Әlaqәli Xәbәrlәr