Tarixdə bu gün: 25 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1326130
Tarixdə bu gün: 25 dekabr

***

  1919-cu ilin sonunda beynəlxalq şəraitin yeni yaranmış respublikaların xeyrinə dəyişdiyini nəzərə alan Versaldakı Azərbaycan nümayəndələri cümhuriyyətin Millətlər Cəmiyyətinə qəbul edilməsi barədə memorandum hazırlayaraq cəmiyyətin katibliyinə təqdim etdilər. Dekabrın 25-ində Beynəlxalq Millətlər Cəmiyyətinin Katibliyində Azərbaycanın müraciətini öyrənmək üçün xüsusi komissiya yaradıldı.                                                

***

  1932-ci ilin 25 dekabrında Çinin Qansu bölgəsində 7,6 bal gücündə zəlzələ baş verdi ki, bu faciə təxminən 70 min adamın ölümünə səbəb oldu.  

***

  25 dekabr 1976-cı ildə Misir hava yollarına aid sərnişin təyyarəsi Taylandın paytaxtı Banqkoka enərkən bir sənaye kompleksinin üzərinə düşdü. Qəzada 19-u yerdə, 71- isə təyyarə sərnişini olan 90 nəfər həyatını itirdi.

***

  1989-cu il 25 dekabr tarixində Rumıniyada xalq üsyanı ilə iqtidardan salınan ölkə prezidenti Nikolay Çavuşeski və həyat yoldaşı Yelena Çavuşeski güllələnərək edam edildi.

***

  25 dekabr 2016-cı ildə Suriyadakı Rusiya hərbi bazasına getmək üçün Soçidən uçan hərbi təyyarə Qaradənizə düşdü. Hadisədə 92 adam həyatını itirdi.

***

25 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bütün Hindistan Müsəlman Birliyi və Pakistan müstəqillik mübarizəsinin öndəridir, eyni zamanda Pakistanın qurucusu və ilk dövlət başçısı Məhəmməd Əli Cinnah 1876-cı ilin bu günü Karaçidə dünyaya gəlib. (1876 - 1948)

***

  25 dekabr məşhur Amerika aktyoru və rejissoru Çarli Çaplinin xatirə  günüdür. 

  Səkkiz yaşından səhnəyə çıxan Çarli 1907-1912-ci illərdə Pantomim Truppasında istedadlı komediya aktyoru kimi püxtələşib.

  1914-cü ildən həm də rejissor kimi tanınan aktyor “Səfil”, “İş”, “Müzik-holl axşamı”, “Avantürist”, “İt günü” və “Balaca” filmləri ilə dünya kino-komediya janrını kamilləşdirməyə nail olub.

  Çarli Çaplin yaradıcılığında qritesk və parodiya üslubları, xalq teatrı və sirk sənətinin ifadə vasitələrindən istifadə edib. (1889-1977)

***

  Tanınmış tənqidçi, şair və publisist Famil Mehdi 1934-cü ilin bu günü anadan olub. O, Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirib və həmin ali məkltəbdə filologiya və jurnalistika fakültələrində ömrünün sonunadək dərs deyib.

  Fəal pedoqoji, elmi və ictimai fəaliyyətlə məşğul olan Famil Mehdi onlarla bədii və elmi-publisistik kitabların müəllifidir. (1934-2003)

***

  Türkiyə cümhuriyyətinin ikinci başçısı, Mustafa Kamal Atatürkün ən yaxın silahdaşı və dostu, Atatürkdən sonra 35 il boyu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri olmuş İsmət İnönü 1973-cü ilin 25 dekabrında Ankarada 89 yaşında dünyasını dəyişib. (1884 - 1973)

***



Әlaqәli Xәbәrlәr