Tarixdə bu gün: 23 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1324172
Tarixdə bu gün: 23 dekabr

***

  1802-ci il 23 dekabrda Şimali Qafqaz Birliyinin yaradılması ideyasını həyata keçirməyə çalışan rus çarı I Aleksandrın göstərişi ilə Georgiyevskidə Quba, Talış və Dağıstan xanları arasında müqavilə imzalandı. Müqavilə iştirakçıları qarşılıqlı düşmənliyə son qoyub, bütün mübahisələri sülh yolu ilə həll etməyi, onlardan birinə hücum edildikdə işğalçıya qarşı birlikdə mübarizə aparmağı öhdələrinə götürürdülər.     

***

  Osmanlı dövlətinin ilk konstitusiyası olan “Qanuni-Əsasi” I Məşrutiyyətlə birlikdə 1876-cı ilin 23 dekabrında elan edildi. Amma I Məşrutiyyət hökumətinin ömrü 13 fevral 1878-ci ildə sona çatdı.

***

  1947-ci ilin bu günü Amerika fizikləri Şotli, Bratteyn və Bardintranzistor ixtira etdilər. Bu hadisə yalnız yarım il sonra Nyu-Yorkda elan olundu. Lakin bu ixtira həmin dövrdə elmi ictimaiyyətə o qədər də güclü təsir bağışlamadı. 1956-cı ildə isə hər üç ixtiraçı Fizika üzrə Nobel mükafatına layiq görüldü.                                                                 ***

  1947-ci ilin 23 dekabrında SSRİ Nazirlər Soveti azərbaycanlıların Ermənistandan Azərbaycana – Kür-Araz ovalığına köçürülməsi barədə qərar qəbul etdi.

  Erməni siyasətinin azərbaycanlılara növbəti departasiya aktı olan bu ədalətsiz qərar nəticəsində doğma yurd-yuvalarından didərgin düşən 100 mindən çox azərbaycanlının xeyli hissəsi şəraitə uyğunlaşmayaraq həlak oldu.                                             

***

  Yaponiyada İkinci Dünya Müharibəsi zamanı baş nazir olmuş general Toko və dövrün 6 səlahiyyətlisi soyqırım və müharibə cinayətləri maddələrilə paytaxt Tokioda 1948-ci il 23 dekabrda edam edildi.

***

  1972-ci ilin 23 dekabrında Nikaraquanın paytaxtı Manaquanı yerlə yeksan edən 6,3 bal gücündəki zəlzələdə 10 min adam həyatını itirdi.

***

  İranın paytaxtı Tehranda 1973-cü il 23 dekabr tarixində toplanan neft istehsalçısı ölkələr neftin qiymətlərini 130 faiz artırdılar və ABŞ-la Hollandiyaya neft sövqiyyatını təxirə saldılar.

***

  1984-cü ilin 23 dekabrında Rusiyanın Aeroflot Hava Yollarına aid sərnişin təyyarəsi mühərrikində çıxan yanğınla əlaqədar Krasnoyarsk hava limanına təcili enməyə çalışarkən qəzaya uğradı. Hadisə 110 adam ölümü ilə nəticələndi.

***

23 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur rus rəssamı Karl Bryullov 1799-cu ilin bu günü Sankt-Peterburq şəhərində anadan olub.

  İlk əsərlərindən başlayaraq klassisizmə romantik ruh, canlılıq gətirən rəssama dünya şöhrətini “Pompeyin son günü” əsəri gətirib.

  Karl Bryullov Osmanlıya səyahəti zamanı topladığı materiallar əsasında “Türk qadını” və “Bağçasaray fəvvarəsi” rəsmlərini yaradıb. (1799-1852)

***



Әlaqәli Xәbәrlәr