Tarixdə bu gün: 18 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1325130
Tarixdə bu gün: 18 dekabr

18 dekabr 1865-ci ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ABŞ-da quldarlığa rəsmi olaraq son qoyuldu. Köləliyə icazə verən bütün nizamlamalar federal qanunlardan çıxarıldı.

***

18 dekabr 1954-cü ildə Kıbrısda (Kipr) Yunanıstana birləşmə (ENOSİS) tərəfdarlarının Türkiyə və İngiltərə əleyhinə nümayişlərinə ingilis əsgərləri müdaxilə etdi. Hadisə nəticəsində 2 nəfər yaralandı, 22 nümayişçi saxlanıldı.

***

18 dekabr 1969-cu ildə ABŞ-ın 6-cı donanması Türkiyəyə gəldi. İzmir limanı sahillərində lövbər salan donanmaya qarşı etiraz nümayişlərinə başlandı, quruya çıxan ABŞ əsgərləri nümayişçilər tərəfindən döyüldü.

***

18 dekabr 2002-ci ildə qərbli təşkilatların Türkiyə əleyhinə  kəşfiyyat işləri barədəki fəaliyyətlərilə tanınmış dosent Nəcip Hablemitoğlu evinin qabağında naməlum şəxs tərəfindən sui-qəsdə qurban getdi.

***

18 dekabr 2017-ci ildə ABŞ prezidenti Donald Tramp ölkəsinin yeni təhlükəsizlik strategiyasını bəyan etdi. ABŞ, Çin və Rusiyanı rəqib, İran və Şimali Koreyanı isə düşmən olaraq xarakterizə etdi.



Әlaqәli Xәbәrlәr