Tarixdə bu gün: 17 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1324117
Tarixdə bu gün: 17 dekabr

***

  1479-cu ildə yaradıldığı ortaya çıxarılan "Aztek təqvimi" 1760-cı ilin 17 dekabrında “Mexiko City”də tapıldı. 25 ton ağırlığında olan daş təqvimbir günəş ili tam olaraq 365 günə bölündüyü üçün arxeologiya sahəsində böyük tarixi abidə sayılır.  

***

  17 dekabr 1903-cü ildə Rayt (Wright) qardaşları tərəfindən ilk motorlu təyyarə ABŞ-ın Şimali Karolina ştatında havada uçdu. 12 saniyə davam edən uçuşda 37 metr məsafə qət edildi. Eyni gün keçirilən son sınaqda 59 saniyə havada qalan təyyarə 280 metr uçdu. 

***

  1905-ci ilin bu günü Azərbaycanda gündəlik ictimai-siyasi “İrşad” qəzetinin ilk sayı çapdan çıxıb. Bu qəzet 1908-ci il iyunun 25-dək Bakıda Azərbaycan türkcəsində nəşr olunub.

  Baş redaktoru Əhməd bəy Ağayev olan “İrşad” qəzetində İslam tarixi, mədəniyyəti, adət-ənənələrinə aid materiallarla yanaşı elm, maarif, ədəbiyyat və incəsənətə dair məqalələr də yayınlanırdı. Dövrün Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Məhəmməd Hadi kimi ziyalıları “İrşad”la əməkdaşlıq edib.

 ***

  17 dekabr 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən Türkiyənin Qıbrıza (Kipr) hərbi müdaxilə etməsinə icazə verməyən qərar qəbul olundu. Türkiyə isə bu qərarı rədd edərək London və Zurih müqavilələrində olan qaranti haqqını sonuna qədər istifadə edəcəyini bütün dünyaya elan etdi.

***

  1980-ci ilin 17 dekabrında Türkiyənin Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və cangüdən polisi Engin Sever erməni terror təşkilatı ASALA-nın üzvləri tərəfindən şəhid oldular.

***  

  1986-cı ildə SSRİ-nin baş katibi Mixail Qorbaçovun, milli xüsusiyyətləri nəzərə almadan, Ulyanovsk vilayəti Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kolbini Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin etməsi Qazaxıstanda böyük iğtişaşlar yaratdı. Minlərlə insan küçələrə çıxaraq bu qərara etirazlarını bildirdilər. Mitinq qan içində boğuldu, onlarla insan həlak oldu.  

*** 

  Amerikanın Deyton şəhərində 1995-ci ilin bu günü “Balkan yarımadasında münaqişələrə qon qoyulmasına dair müqavilə” imzalandı. Bu müqavilənin şərtlərinə görə, serb millətçiləri Bosniya-Herseqovinada hərbi əməliyyatlara son qoymalı idi. Ancaq bu müqavilə imzalanana qədər artıq regionun müsəlman əhalisinə qarşı soyqırım törədilmişdi.

***                                      

17 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün dünya ədəbiyyatı və mənəviyyatının nümayəndələrindən biri, dahi şərq filosofu Cəlaləddin Ruminin xatirə günüdür.

  1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində anadan olan Cəlaləddin 13 yaşında (1220) ailəsi ilə Türkiyənin Konya şəhərinə köçüb və burada mövləvilik təqriqətinin əsasını qoyub.

  Lirik şeirlər divanı və bir sıra risalələrin müəllifi olan Cəlaləddin Ruminin ən böyük əsəri bir çox xalqların dilinə tərcümə edilən “Məsnəvi”dir.

  Mütəfəkkir şair 1273-cü ildə 70 yaşında Konyada dünyasını dəyişib. (1207-1273)

  Mövlanənin ölümü Türkiyədə həm də “Allaha qovuşma anı” olaraq qəbul edildiyi üçün onun ölüm gününə "Şəbi-Arus" (toy gecəsi) deyilir.

  Cəlaləddin Ruminin Türkiyədəki məqbərəsi bu gün də insanların ziyarətgahıdır.

***

  Dünya musiqi mədəniyyətinin dahi nümayəndəsi, alman bəstəkarı Lüdviq van Bethoven (Ludwig van Beethoven) 1770-ci ilin bu günü Almaniyanın Bonn şəhərində anadan olub.

  Haydn, Salyerinin tələbəsi olan Bethoven Vyana musiqi məktəbinin son görkəmli nümayəndəsidir.

  Bethovenin musiqi dramatizmi parlaq melodiyaları ilə dinləyicilərə güclü təsir göstərir.

  27 yaşında eşitmə qabiliyyətinin zəifləməsinə baxmayaraq Lüdviq van Bethoven dünya musiqi xəzinəsinə 7 və 8-ci simfoniyalar, “Ay sonatası”, “Kraysler” və “Avrora” sonataları kimi bir-birindən gözəl əsərlər bəxş edib. (1770-1827)

***

  Cənubi Amerika qitəsində 6 ölkənin qurucu lideri olaraq qəbul edilən Simon Bolivar 1830-cu ilin 17 dekabrında 57 yaşında dünyasını dəyişib. (1783 - 1830)

***



Әlaqәli Xәbәrlәr