Tarixdə bu gün: 13 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1320938
Tarixdə bu gün: 13 dekabr

***

  13 dekabr 1957-ci ildə İranda meydana gələn 7,1 bal gücündə zəlzələdə 1130 adam həlak oldu.

***

  1960-cı ilin 13 dekabrında Fransa prezidenti Şarl de Qollun (Charles de Gaulle) Əlcəzair səfəri zamanı çıxan hadisələrdə 123 adam həyatını itirdi.

***

  Yunanıstan kralı II Konstantin ölkədə rəhbərliyi ələ keçirən hərbi cuntaya qarşı 13 dekabr 1967-ci ildə hərəkətə keçdi, ancaq uğursuzluğa düçar oldu. Larissada orduya və xalqa çağırış edən kral ümid etdiyi dəstəyi tapa bilməyincə ailəsiylə birgə İtaliyaya qaçdı.

***

  1981-ci il 13 dekabrda Polşada general Voytsex Yaruzelski (Wojciech Jaruzelski) hökuməti tərəfindən hərbi vəziyyət elan olundu və Həmkarlar Təşkilatının 14 min üzvü həbs edildi.

***

  Müasir Azərbaycan Respublikasının müstəqilliyi 1991-ci il dekabrın 13-də Pakistan dövləti tərəfindən tanındı.

***

  13 dekabr 1995-ci ildə Avropa Parlamenti Türkiyənin Gömrük Birliyinə daxil olmasına razılıq verdi.  

***

  2002-ci ilin 13 dekabrında Avropa İttifaqı tarixinin ən böyük genişlənməsini elan etdi: 10 namizəd ölkənin 2004-cü ilin 1 mayından ittifaqa üzv olacağı açıqlandı.

***

  ABŞ-ın İraqı işğalından sonra Bağdaddan qaçan ölkə başçısı Səddam Hüseyn doğulduğu Tikrit yaxınlarında bir sığınacaqda 13 dekabr 2003-cü ildə Amerika əsgərləri tərəfindən tutuldu. Onun həbsi İraqda sürən müqavimət hərəkatı üçün dönüş nöqtəsi oldu. 

***

  2017-ci il 13 dekabrda İslam Əməkdaşlıq Təşkilatı İstanbulda ABŞ-ın Qüdsü paytaxt kimi tanıması və səfirliyini ora daşıma qərarını müzakirə etmək üçün fövqəladə toplantı etdi. 48 ölkədən 16 ölkə başçısı və digər ali rəsmi nümayəndələrin qatıldığı zirvə toplantısında ABŞ-ın qərarına etirazFələstin dövlətinin paytaxtının Şərqi Qüds olduğu bildirildi.  

***

13 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur alman astronomu İohan Kepler (Johannes Kepler) 1571-ci ilin bu günü Vyurtemberq şəhərində dünyaya gəlib.

  Astronomiyaya dair ilk əsərini – “Kainatın sirri”ni 25 yaşında qələmə alan gənc alim sonra özünün ixtira etdiyi teleskopdan bəhs edən “Dioptrika” kitabını yazıb.

  Keplerin tədqiqatlarımüasir astronomiya elmi üçün hələ də əhəmiyyətini itirməyib. (1571-1630)

***

  Böyük alman şairi və publisisti Henrix Heyne 1797-ci ilin 13 dekabrında Almaniyanın Düsseldolf şəhərində yoxsul yəhudi ailəsində anadan olub.

  Ədibin yaradıcılığında Böyük Fransa İnqilabı və maarifçilik ideyaları öz əksini tapır.

  Henrix Heyne Azərbaycan ədəbiyyatı ilə də maraqlanıb: məqalələrində Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib. (1797-1856)

***

  Rus ədəbiyyatında simvolizmin nümayəndələrindən sayılan Valeri Bryusov 1873-cü ilin bu günü Bakıda anadan olub. (1873-1924)

***

  Misirin Qahirə şəhərində dünyaya gəlmiş Türkiyə siyasətçisi, diplomat və yazıçı Yaqub Qədri Qaraosmanoğlu (Yakup Kadri Karaosmanoğlu) 1974-cü ilin 13 dekabrında 85 yaşında Ankarada dünyasını dəyişib. (1889-1974)

***

  1979-cu ilin bu günü Türkiyə ədəbiyyatının tanınmış ismi – yazıçı Behçet Necatigil İstanbulda 63 yaşında həyatla vidalaşıb. (1916-1979)  

***



Әlaqәli Xәbәrlәr