Tarixdə bu gün: 10 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1320021
Tarixdə bu gün: 10 dekabr

***

  1845-ci ilin bu günü şotlandiyalı R.Tompson Londonda heyrətamiz ixtirasını patentləşdirdi. Bu ixtira ekipajın silkələnməsini azaltmaq üçün təkərlərə çəkilmiş dəri üzlüklərdən ibarət idi. Daxildən onlar elastik kauçuk kəmərlərlə doldurulur və 70 bağlantı vasitəsilə təkərlərin çənbərlərinə bərkidilirdi.  

  Tompsonun şinləri 1 il sonra London sənaye sərgisində nümayiş etdirildi və sınaqdan çıxdı. İxtiranı testdən keçirənlər bu qənaətə gəldilər ki, daş küçə ilə bu cür təkərlərlə hərəkət daha komfortludur.

  O günlərdə “Mechanic Magazine” jurnalı bu barədə yazırdı: “Parka gələnlər bu arabalara çox böyük maraqla baxırdılar, çünki onlar hərəkət edəndə heç səs salmırdılar.”                                                     

***

  10 dekabr 1898-ci ildə  İspaniya - ABŞ müharibəsindən sonra imzalanan Paris müqaviləsinə əsasən Kuba müstəqilliyini qazandı.

***

  1901-ci ilin bu günü ilk dəfə Nobel mükafatı verildi. Beş nominasiya üzrə ilk “Nobel”ə Vilhelm Rentgen (Wilhelm Röntgen), Yakobus vant Hoff (Jacobus van't Hoff) və mikrobioloq Emil fon Berinqlə (Emil von Behring) yanaşı fransız şair Salli Prüdom (Sully Prudhomme), Qırmızı Xaç Hərakatının yaradıcısı isveçrəli Anru Dünan (Henri Dunant) və Sülh Liqasının qurucusu fransız Frederik Passi (Frederic Passy) layiq görüldülər.

***

  1948-ci ilin 10 dekabrında BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları haqqında ümumi bəyannamə qəbul olundu. Xalqlar arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi, insan hüquqları, azadlıqlarına hörmət və riayət haqqında BMT nizamnaməsinin müddəalarına əsaslanan bəyannamə şəxsiyyətin mülki, siyasi, hüquq azadlıqlarını, sosial-iqtisadi həyat, şəxsi toxunulmazlıq və başqa sahələrdə haqqlarını elan etdi. 

  1949-cu ildən 10 dekabr Beynəlxalq İnsan Haqqları Günü olaraq qeyd olunur.

***

  Yunanların (rumlar) yerli türklərə qarşı hücumlarının artması ilə əlaqədar 1957-ci ilin 10 dekabrında Qıbrızda (Şimali Kiprdə) hərbi vəziyyət elan edildi.

***

  10 dekabr 1983-cü ildə Argentinada hərbi hökumət rejimi sona yetdi. Yəni 8 ildən sonra ölkənin vətəndaşları arasından seçilən başçısı Raul Alfonsin oldu.   

***

  Türkiyədə ilk qaraciyər nəqli 1988-ci ilin 10 dekabrında Ankara Hacettepe Universiteti Xəstəxanasında edildi. Professor Mehmet Haberal və qrupunun etdiyi əməliyyatla Əhməd Aktaşın qaraciyər, böyrək və korneaları 5 ayrı-ayrı xəstəyə köçürüldü.  

***

  Qadın və uşaq haqqları ilə bağlı fəaliyyətlərilə tanınan Şirin İbadi (Shirin Ebadi) 2003-cü ilin 10 dekabrında Nobel Sülh Mükafatı alan ilk müsəlman qadın və ilk iranlı oldu.

***

  2016-cı il 10 dekabr tarixində Türkiyəyə Prezident Hökumət Sistemini gətirən Konstitusiya dəyişikliyi təklifi 316 millət vəkilinin imzası ilə Türkiyə Böyük Millət Məsclisinə təqdim edildi.

***

  Bölücü terror təşkilatı PKK 2016-cı ilin 10 dekabrında İstanbulun Beşiktaş rayonundakı polisə qarşı bombalı hücum törətdi. Nəticədə 44 nəfər şəhid oldu, 164 adam yaralandı. Bununla əlaqədar Türkiyədə 3 günlük yas elan olundu.  

***  

10 dekabrda həm də bu adamlar xatırlanır.

  Məşhur ixtiraçı Alfred Nobel 1896-cı ilin bu günü vəfat edib. O, öz vəsiyyətnaməsində Bakı neftindən gələn gəlirlər hesabına yaratdığı fondundan kimya, fizika, təbabət, ədəbiyyat üzrə Sülh Mükafatları verilməsini arzulamışdı.

  Qeyd edək ki, Alfred Nobel öz ixtiralarına görə 350-dən çox patent almışdı. (1833-1896)

***

  Çilini 1973-cü ildən etibarən 17 il boyu diktatorluq rejimi ilə idarə edən Auqusto Pinoçet (Augusto Pinochet) 2016-cı ilin 10 dekabrında Çilidə ölüb.

***



Әlaqәli Xәbәrlәr