Tarixdə bu gün: 8 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1316160
Tarixdə bu gün: 8 dekabr

***

  8 dekabr 1863-cü ildə Çillinin paytaxtı Santyaqoda tarixi bir kilsədə çıxan yanğında 2 mindən çox adam həyatını itirdi.   

***

  İlk işıqlı yol lampaları 1868-ci ilin 8 dekabrından Londonda istifadə edilməyə başlandı.

***

  1953-cü ilin 8 dekabrında Türkiyə Milli Futbol Komandası İspaniya millisini yenərək Dünya Çempionatında iştirak etməyə vəsiqə qazandı.

***

  1980-ci ilin bu günü Nyu-York küçələrinin birində əfsanəvi “Beatles” qrupunun rəhbəri, 40 yaşlı Con Lennon (John Lennon) qətlə yetirildi.

  Hadisəyə bir neçə saat qalmış onun qatili Mark Devid Çempen (Mark David Chapman) məşhur musiqiçidən avtoqraf almışdı.

  Üstündən illər keçsə də, bu cinayətin səbəbi hələ aydınlaşdırılmayıb.

  Qeyd edək ki, məhkəmə Çempeni ruhi xəstə hesab edib. 

***

  8 dekabr 1987-ci ildə Fələstində Birinci İntifada Hərəkatı başladı.

  Bir yəhudinin sürdüyü yük maşınının İsraildə çalışan 4 fələstinli fəhləni aparan avtomobillə toqquşması və hadisə zamanı fələstinlilərin ölümünə etiraz olaraq başlayan nümayişlər qısa müddətdə bütün Fələstini bürüyən üsyan hərəkatına çevrildi. Fələstin xalqı bütün siyasi fərqliliklərini bir kənara buraxaraq İsrailin zorakılığına qarşı ortaq etiraz nümayişləri təşkil etdilər.  

***

  1987-ci il 8 dekabrda ABŞ prezidenti Ronald Reyqan (Ronald Reagan) və SSRİ-nin başçısı Mixail Qorbaçov orta mənzilli nüvə silahlarının qarşılıqlı olaraq məhv edilməsi üçün razılığa gəldilər.  

***

  Rusiya prezidenti Boris Yeltsin, Ukrayna prezidenti Leonid Kravçuk və Belorusiya Ali Sovetinin sədri Stanislav Şuşkeviç Belojevski 1991-ci il dekabrın 8-də Puşadakı iqamətgahda SSRİ-nin dağıldığı barədə sənəd imzaladılar.    Bundan sonra Rusiya, Ukrayna və Belorus dövlət başçıları tərəfindən qısa adı MDB olan Müstəqil Dövlətlər Birliyini qurduqları elan olundu. 

***

8 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dəniz səyyahı, rus donanmasının zabiti Vitus Berinq 1741-ci ilin bu günü vəfat edib.

  Danimarka əsilli Berinq 1725-1740-cı illərdə 1-ci və 2-ci Kamçatma eskpedisiyalarının rəhbəri olub.

  Asiya və Şimali Amerika arasındakı boğaz Berinq dənizi və ada onun şərəfinə adlandırılıb. (1681-1741)

***

  İlk azərbaycanlı epidemioloq, professor İsmayıl Axundov 1897-ci il dekabrın 8-də Şamaxı şəhərində dünyaya göz açıb.

  1919-cu ildə həmin il təsis olunan Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olan İsmayıl təhsilini Almaniyada Lüdviq Maksimilian adına Münhen Universitetində davam etdirib, Hamburq Universitetində isə məşhur alim Martinin asisstenti olub.

  Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra ixtisası ilə bağlı Konqo, Əlcəzair, Tunis və Nigeriyada malyariya və sarı qızdırma epidemiyaları ilə mübarizə aparıb.

  İsmayıl Axundov Azərbaycan Tibb Universitetində epidemiologiya kafedrasını yaradıb. (1897-1952)

***

  Azərbaycanın tanınmış səhnə ustası, xalq artisti Mərziyyə Davudova 1901-ci ilin bu günü Həştərxanda anadan olub. 1918-ci ildə Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun rolunu bəyənib və Bakıya dəvət edib.

  Mərziyyə Davudova Cəfər Cabbarlının əsərlərindəki qadın rollarının ilk ifaçısı olub. Onun səhnə ustalığı Hüseyn Cavid, Səməd Vurğun, həmçinin rus və Qərbi Avropa dramaturqlarının əsərlərindəki mürəkkəb xarakterli obrazların təqdimatında öz əksini tapıb.  

  M.Davudova həm də kino aktrisası kimi tanınır. (1901-1962)

***

  SSRİ xalq artisti, “Karandaş” təxəllüsü ilə tanınan Mixail Rumyantsev 1901-ci ilin 8 dekabrında Sankt-Peterburqda dünyaya gəlib.

  Akrobatika, gimnastika, jonqlyorluq və heyvan təlimi nömrələri ilə çıxış edən M.Rumyantsev daha çox sirk artisti və kloun kimi məşhurlaşıb. O, öz təxəllüsünü fransız karikaturaçı-rəssam Karan Daşın adından götürüb. Xarici ölkələrdə də Mixail Rumyantsevin mahir oyunları sevilərək izlənilib. (1901-1983)

***                                       


Etiketlәr: #İlk azərbaycanlı epidemioloq , #İlk işıqlı yol lampaları , #gimnastika , #jonqlyorluq və heyvan təlimi nömrələri , #fransız karikaturaçı-rəssam Karan Daş , #sirk artisti və kloun , #Mixail Rumyantsev , #Akrobatika , #“Karandaş” təxəllüsü ilə tanına kloun , #Cabbarlının əsərlərindəki qadın rollarının ilk ifaçısı , #Hüseyn Ərəblinski Həştərxan , #Mərziyyə Davudova , #Azərbaycan Tibb Universitetində epidemiologiya kafedrası , #Tunis və Nigeriyada malyariya və sarı qızdırma epidemiyaları , #Əlcəzair , #Konqo , #İsmayıl Axundov , #Berinq dənizi və ada , #Asiya və Şimali Amerika arasındakı boğaz , #1-ci və 2-ci Kamçatma eskpedisiyaları , #Vitus Berinq , #qısa adı MDB olan Müstəqil Dövlətlər Birliyi , #SSRİ-nin dağıldığı barədə sənəd , #Stanislav Şuşkeviç Belojevski , #Ukrayna prezidenti Leonid Kravçuk , #Rusiya prezidenti Boris Yeltsin , #orta mənzilli nüvə silahlarının qarşılıqlı olaraq məhv edilməsi , #SSRİ-nin başçısı Mixail Qorbaçov , #ABŞ prezidenti Ronald Reyqan , #İsrailin zorakılığına qarşı ortaq etiraz nümayişləri , #ələstini bürüyən üsyan hərəkatı , #fələstinlilərin ölümünə etiraz olaraq başlayan nümayişlər , #ruhi xəstə , #Mark Devid Çempen (Mark David Chapman) , #Con Lennon (John Lennon) , #əfsanəvi “Beatles” qrupu , #Dünya Çempionatında iştirak vəsiqəsi , #Türkiyə Milli Futbol Komandası , #Santyaqo tarixi kilsə yanğın , #Tarixdə bu gün: 8 dekabr

Әlaqәli Xәbәrlәr