Tarixdә bu gün: 7 dekabr

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

Tarixdә bu gün: 7 dekabr

 

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1941-ci ilin 7 dekabr tarixindә Yaponiya Amerika Birlәşmiş Ştatlarına hücum edib. Yaponiya Hərbi Dəniz Qüvvələri 200  təyyarə ilə ABŞ-ın Perl Harbor limanındakı donanmasına hücum edib. Hücum nəticəsində ABŞ ordusunun 2400 hərbçisi həlak olub. Bu, hücumun ertəsi günü ABŞ Yaponiya vә Almaniyaya  müharibə elan edib.

***

 

1956-cı ilin 7 dekabr tarixindә Türkiyә әdәbiyyatının әhәmiyyәtli incilәrindәn  biri  olan ‘‘Çalıquşu’’ romanının müәllifi Rәşat Nuri Güntekin 67 yaşında vәfat edib.

 

***

1973-cü ilin 7 dekabr tarixindә İslam İnkişaf Bankı İslam Әmәkdaşlıq  Təşkilatına üzv olan 7 ölkə tərəfindən qurulub. Mәrkәzi qәrargahı Ciddə şəhərində yerləşən bank az inkişaf etmiş  İslam ölkələrinə maliyyə dәstәyi verməyi hədəfləyir.

 

***

 

1983-cü ilin 7 dekabr tarixindә Madrid hava limanında iki sәrnişin tәyyarәsi uçuş-eniş zolağında toqquşub. Hadisә nәticәsindә 93 nәfәr hәlak olub.

 

***

 

1988-ci ilin 7 dekabr tarixindә Ermәnistanda 7,1 bal gücündә zәlzәlә baş verib. Tәbii fәlakәt nәticәsindә 25 mindәn çox adam hәlak olub, 150 min nәfәr xәsarәt alıb vә 400 min nәfәr evsiz qalıb.

 

***

2017-ci ilin 7 dekabr tarixindә qazi Süleyman Dilbirliyi İstanbulda hәlak olub.

 

***

2017-ci ilin 7 dekabr tarixindә 65 ildәn sonra Türkiyәdәn prezident sәviyyәsindә Yunanıstana ilk rәsmi sәfәri prezident Rәcәb Tayyib Әrdoğan hәyata keçirib.



Әlaqәli Xәbәrlәr