Tarixdə bu gün: 4 dekabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1316083
Tarixdə bu gün: 4 dekabr

 ***

  1154-cü ilin 4 dekabrında Papalıq mövqeyinə ilk dəfə bir ingilis seçildi: Nikolas Brikspeə (Nicholas Breakspear) IV Hadrianus adı ilə Papa oldu.

***

  4 dekabr 1797-ci il fərmanı ilə Rusiya çarı II Yekaterina Bakının işğalı barədə əmr verdi. Onun təlimatı əsasında Sisyanov Bakı şəhərinin komendantı təyin olundu. Lakin çariçanın ölümündən sonra oğlu I Pavel bu fərmanı ləğv etdi. 

*** 

  4 dekabr 1858-ci ildə ingilislər Hindistan Türk İmperatorluğunun hökmdarı II Babur şahı taxtından endirərək Mahmud Qəznəvidən başlayan, Hindistanda 9 əsrdir sürən türk hakimiyyətinə son qoydu. Babur şahı Birmaniyaya sürgünə göndərildi.

***

  Osmanlı dövləti üçün məmur hazırlamaq üçün Sultan Əbdülməcid tərəfindən 1856-cı ilin 4 dekabrında “Məktəbi-Mülkiyə” açıldı.

***

  4 dekabr 1918-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Vidro Ulison (Woodrow Wilson) Birinci Dünya Müharibəsinin sülh danışıqları üçün Fransaya getdi. Bununla V.Uilson Avropaya gedən ilk ABŞ prezidenti olaraq tarixə düşdü.  

***

  1943-cü ilin 4 dekabrında ABŞ prezidenti Franklin Ruzvelt (Franklin D. Roosevelt) və İngiltərənin baş naziri Vinston Çörçil (Winston Churchill) Türkiyənin Almaniyaya qarşı müharibəyə girməsi üçün Qahirədə Türkiyənin baş naziri İsmət İnönü ilə bir araya gəldilər. Üç gün davam edən müzakirələrdən sonra İ.İnönü ABŞ və İngiltərənin Türkiyənin müharibəyə girmə tələblərinə razı olmadığını bildirdi.

  Amma Türkiyə döyüşün bitməsinə çox az qalmış Almaniya və Yaponiyaya müharibə elan etdi və Birləşmiş Millətlər Təşkilatının qurucu üzvləri arasına qatıldı.

***

  1946-cı ildə Moskva Avtomobil Zavodunda ilk “Moskviç-400” avtomobili yığıldı. Bu maşınların ilk kütləvi istehsalına isə 1947-ci ildə başlanıldı.

  Ən yüksək sürəti saatda 90 kilometr olan bu 4 yerlik avtomobil əslində Almaniyanın “Opel-Cadet” maşınının dəqiq təkrarı idi. 

***

  1954-cü ilin bu günü Turizmdən Yazan Jurnalist və Yazıçıların Beynəlxalq Federasiyasının əsası qoyulub.

***

4 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Şərq İntibahının görkəmli nümayəndəsi, şair, alim və filosof Ömər Xəyyamın xatirə günüdür.

  Riyaziyyat və fəlsəfəyə dair sanballı əsərlərin müəllifi olan Ömər Xəyyama əsl dünya şöhrətini rübailəri qazandırıb. (1048-1131)

***

  İran şairi Əbülqasım Lahuti 1887-ci il 4 dekabrda dünyaya gəlib.

  1905-1911-ci illər İran inqilabının iştirakçısı olan Lahuti 1916-cı ildə Kirmanşahda “Bisotun” qəzetini, 1921-ci ildə İstanbulda fars və fransız dillərində “Pars” jurnalını buraxıb.

  Əbülqasım Lahuti 1922-ci ildə Təbriz üsyanına başçılıq edib. Üsyan yatırıldıqdan sonra SSRİ-yə gələrək ömrünün sonunadək burada yaşayıb. Moskvada SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatında işləyib, Tacikistan maarif nazirinin müavini olub.

  Ə.Lahuti İran poeziyasında siyasi qəzəl janrının əsasını qoyub. (1887-1957)

***

  4 dekabr 2011-ci ildə dünya futbolunun əfsanə adlarından olan, Braziliya milli komandasının oyunçusu Sokrates (Socrates) 57 yaşında həyatdan köçüb. (1954-2011)

***



Әlaqәli Xәbәrlәr