Tarixdə bu gün: 29 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1314226
Tarixdə bu gün: 29 noyabr

29 noyabr 1864-cü ildə ABŞ tarixindəki ən böyük qırmızıdərili qətliamı  “Sand Creek” baş verdi. ABŞ ordusu qırmızıdərililərin yaşadığı müdafiəsiz bir kəndə hücum etdi, aralarında qadın və uşaqların da olduğu 500 qızıldərili qətlə yetirildi.

***

29 noyabr 1937-ci ildə Hatayın müstəqilliyi üçün ilk addım atıldı, muxtar hakimiyyət vəzifəsinin icrasına başladı.

***

29 noyabr 1947-ci BMT Baş Məclisi Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qətnamə qəbul etdi. BMT-nin Fələstinin bölünməsinə dair planı Fələstində Britaniya mandatının 1948-ci il avqustun 1-i üçün qüvvədən düşməsini nəzərdə tutur və onun ərazisində iki dövlətin yaranmasını tövsiyə edirdi. BMT-nin qərarına görə, Qüds və Beytləhm beynəlxalq nəzarət altında ərazi olmalı idi.

***

29 noyabr 1963-cü ildə ABŞ prezidenti Lendın Cansın Kenedi sui-qəsdini araşdırmaq üçün “Warren Komissiyası” adlanan heyəti vəzifələndirdi.

***

29 noyabr 1981-ci ildə 3  dəfə“Oskar” mükafatı üçün namizəd göstərilən Natalia Vud sirrli şəkildə dəniz qəzasında həyatını itirdi. Uzun illər davam edən istintaq nəticəsində polis Vudun ölməsində həyat yoldaşı Robert Vaqnerin “şübhəli şəxs” olduğunu açıqladı.

***

29 noyabr 2012-ci ildə Fələstin dövləti BMT-nin Baş Məclisində “Müşahidəçi üzv” olaraq qəbul edildi.

***

29 noyabr 2016-cı ildə Braziliya futbol komandası “Chapecoense”ni Kolumbiyadakı Cənubi Amerika kuboku finalına aparan təyyarə düşdü. Təyyarədəki 81 nəfərdən 76-sı həyatını itirdi. Qəzadan sadəcə 3 futbolçu salamat xilas oldu.



Әlaqәli Xәbәrlәr