Tarixdə bu gün: 27 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1312842
Tarixdə bu gün: 27 noyabr

 

27 noyabr 1895-ci ildə “ Üç muşketyor” və “Qraf Monte Kristo” başda olmaqla klassik əsərlər qələmə alan fransız yazıçı Aleksandr Duma 71 yaşında dünyasını dəyişdi.

***

27 noyabr 1909-cu ildə ABŞ-lı ixtiraçı Tomas Edison ilk səsli film nümayiş etdirdi.

***

27 noyabr 1942-ci ildə alman orduları Fransız Donanmasının olduğu Toulon şəhərini ələ keçirdi. Almanların əlinə keçməməsi üçün fransız dənizçilər 73 gəmidən ibarət donanmanı batıraraq məhv etdilər.

***

27 noyabr 1950-ci ildə Koreyada 4 gün davam edən Kunuri müharibəsi başlandı. 5 min nəfərlik Türk hərbi hissəsi Çin və Şimali Koreya qüvvələri tərəfindən mühasirəyə alınan ABŞ 8-ci Ordusunun tamamilə məhv edilməsinin qarşısını aldı və Kunuri müharibəsində qələbə qazandı.

***

27 noyabr 1967-ci ildə Fransa İngiltərənin Ortaq bazar üzvlüyünə veto qoydu.

***

27 noyabr 1974-cü ildə Pakistan zəlzələ ilə sarsıldı; 4 min 200 nəfər həyatını itirdi.

***

27 noyabr 2002-ci ildə BMT-nin silahlara nəzarət üzrə müfəttişləri 4 ildən sonra İraqda yenidən vəzifəyə başladı.



Әlaqәli Xәbәrlәr