Tarixdә bu gün: 21 noyabr
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
1783-cü ilin 21 noyabr tarixindә Fransanın paytaxtı Parisdә Jan-Franko de Rozier vә Mark d'Arlan’es ilk dәfә hava şarı ilә uçuş hәyata keçiriblәr.
***
1877-ci ilin 21 noyabr tarixindә amerikalı ixtiraçı Edison səsləri plastinkaya yazan fonoqrafı və sonra yazılmış səsləri yenidən “canlandıran” cihazı ixtira edir.
***
1900-cü ilin 21 noyabr tarixindә yәhudilәrin Fәlәstinә köç edәrәk yerlәşmәlәrinә mane olmaq mәqsәdilә Osmanlı hökumәti müxtәlif tәdbirlәr görüb. Görülәn tәdbirlәr arasında xaricdәn gәlәn yәhudilәrin pasportlarını verәrәk әn çox üç ay әrzindә Fәlәstindә qalmalarına icazә verәn ‘‘Qırmızı vәsiqә’’ tәtbiqi dә vardı.
***
1905-ci ilin 21 noyabr tarixindә Albert Eynşteynin enerji və kütlə arasındakı əlaqəni göstәrәn E = mc2 tənliyi haqqında tezisi "Annalen der Physik" jurnalında dərc edildi.
***
1938-ci ilin 21 noyabr tarixindә Türkiyә Cümhuriyyәtinin banisi Mustafa Kamal Atatürkün nәşi 10 noyabr 1953-cü ilәdәk Ankara Etnoqrafiya Muzeyindә dәfn edilib.
***
1955-ci ilin 21 noyabr tarixindә Yaxın Şәrqdә artan Sovet təhdidinə qarşı Türkiyə, İran, İraq, Pakistan və İngiltərənin iştirakıyla Bağdad Paktı imzalanıb.
***
1980-ci ilin 21 noyabr tarixindә Amerika Birlәşmiş Ştatlarının әylәncә mәrkәzi Las Veqasdakı otellәrin birindә baş verәn yanğın nәticәsindә 87 nәfәr hәlak olub, 650-dәn çox adam da yaralanıb.
***
2002-ci ilin 21 noyabr tarixindә NATO ilk dәfә keçmiş Varşava Paktı ölkəsi olan Çexiya Respublikasının paytaxtı Praqada sammit keçirdi. Sammitdə Varşava Paktının keçmiş üzvləri Litva, Latviya, Estoniya, Bolqarıstan, Rumıniya, Slovakiya və Sloveniyanın NATO-ya üzvlüyü təsdiq edildi.
***
2009-cu ilin 21 noyabr tarixindә Çinin Heqanq şәhәrindә baş verәn mәdәn qәzası nәticәsindә 104 şaxtaçı hәlak oldu.
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 1 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.