Tarixdə bu gün: 18 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1307988
Tarixdə bu gün: 18 noyabr

18 noyabr 1601-ci ildə Tiryaki Həsən Paşa komandirliyindəki Osmanlı ordusu strateji əhəmiyyətə sahib Kanije qalasını fəth etdi.

***

18 noyabr 1865-ci ildə həqiqi adı Samuel Langhorne Clemens olan amerikalı yazıçı Mark Tveynin ilk hekayəsi “Kalaverasın məşhur hoppanan qurbağası” dərc olundu. Yazıçını dünyaya tanış edən isə “Tom Sayvır ilə Huklabery Finn” adlı əsəridir.

***

18 noyabr 1927-ci ildə İstanbul radiosundan sonra Ankara radiosu da yayıma başladı.

***

18 noyabr 1928-ci ildə Valt Disneyin “Buxarlı gəmi” adlı ilk səsli sinxronizasiya Miky Maus filmi nümayiş etdirildi.

***

18 noyabr 1933-cü ildə Osmanlı dövründən qalan “Darülfünun” İstanbul universiteti adı altında yenidən açıldı. Yeni universiteti Avropada təhsil almış Türk alimlərilə yanaşı nasistlərdən qaçan 38 yəhudi professora da qapılarını açaraq güclü təhsil kadrı yaratdı.

***

18 noyabr 1940-cı ildə Türkiyədə hava hücumlarına qarşı bütün şəhər və qəsəbələrdə gecə saatlarında işıqları söndürmə qərarı verildi.  

***

18 noyabr 1941-ci ildə Sovet İttifaqına məxsus olduğu irəli sürülən bir sualtı qayıq Burqazada sahillərində Yenicə yük gəmisini batırdı; 12 nəfər həyatını itirdi.

***

18 noyabr 1976-cı ildə Kıbrısda BMT Sülh Gücü nəzarətindəki Erenköyə silahlı rumların hücumu nəticəsində Türk mücahidlər ilə Rum quldur dəstləri arasında atışma baş verdi. Türkiyənin döyüş təyyarələri alçaqdan uçaraq hadisəyə müdaxilə etdi.

***

18 noyabr 1977-ci ildə Misir prezidendi Ənvər Sədat İsrailə səfər etdi. Sədat İsrailə səfər edən ilk ərəb lider oldu.

***

18 noyabr 1978-ci ildə “Xalqın məbədi” adlı təriqətin üzvləri toplu intihar etdilər. 276 uşağın da aralarında olduğu 914 təriqət üzvünün cəsədi Quyananın Yonestovn şəhəri yaxınlığındakı meşə sahəsində tapıldı.

***

18 noyabr 2007-ci ildə Ukraynanın şərqindəki Zasyadko mədən bölgəsində baş verən qəzada 101 mədənçi həyatını itirdi.

***

18 noyabr 2017-ci ildə Olimpiada və Dünya çempionu Naim Süleymanoğlu müalicə olunduğu xəstəxanada dünyasını dəyişdi. 1988 Seul Olimpiadalarında 9 Dünya və 6 Olimpiada rekordu qıran Süleymanoğlunun adı idmanın əfsanə adları arasında yer aldı.

YAPIMCI

ÜNİTE AMİRİ

YAYIN DENETLEME KURULU DENETİMİ

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr