Tarixdә bu gün: 13 noyabr 2019

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1305085
Tarixdә bu gün: 13 noyabr 2019

 

 

Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1906-cı ilin 13 noyabr tarixindә Fransalı Paul Kornu velosiped üzәrinә yerlәşdirilәn ilk helikopterini  uçurdu.

 

***

1920-ci ilin 13 noyabr tarixindә I Dünya Müharibәsindәn sonra qurulan Millәtlәr Liqası ilk iclasını keçirib. İclasda 41 ölkәnin 5 min tәmsilçisi iştirak edib.

 

***

 

1956-cı ilin 13 noyabr tarixindә ABŞ Ali Mәhkәmәsi Alabama ştatındakı avtobuslarda  ağ vә qara dәrili insanlar arasında ayrıseçkiliyә sәbәb olan qanunu lәğv etdi.

 

***

 

1966-cı ilin 13 noyabr tarixindә İsrail әsgәrlәri İordaniyanın Samu kәndinә hücum etdi. Hücum zamanı yüzlәrlә mülki vәtәndaş hәlak oldu.

 

***

 

1970-ci ilin 13 noyabr tarixindә Banqladeşdә tüğyan edәn ‘‘Bhola’’ fırtınası nәticәsindә 500 min nәfәr hәlak olub.

 

***

1970-ci ilin 13 noyabr tarixindә Suriyada Baas Partiyasının hәrbi qolunun lideri Hafiz Әsәd dövlәt çevrilişi hәyata keçirib.

 

***

1985-ci ilin 13 noyabr tarixindә Kolumbiyada Nevado vulkanı kül püskürmәyә başlayıb. Tәbii fәlakәt nәticәsindә 25 min mülki vәtәndaş hәlak oldu.

 

***

2009-cu ilin 13 noyabr tarixindә NASA Ayın qütb bölgәsindә sunun aşkar edildiyini elan edib.

 

***

2015-ci ilin 13 noyabr tarixindә Parisdə konsert salonu, stadion, restoran və barlarda silsilə terror aktları törədilib. 138  nəfərin ölümü və 413  nəfərin yaralanması ilə nəticələnmiş terror hücumlarının məsuliyyətini Әl Qaidә  terror qruplaşması üzərinə götürüb.

 

 

 



Әlaqәli Xәbәrlәr