Tarixdə bu gün: 12 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1302185
Tarixdə bu gün: 12 noyabr
Doğu Türküstan (Uygur) devleti.jpg

 

 ***

  12 noyabr Avstriya xalqının milli bayramı – müstəqillik günüdür.

  1918-ci il noyabrın 12-də Avstriya – Macarıstan imperiyasının dağılması nəticəsində bu monarxiyanın xarabalıqları üzərində Avstriya, Macarıstan və Çexoslavakiya dövlətləri yarandı.

  Avstriyanın əhalisi 10 milyondan çox, ölkənin sahəsi isə 83,8 min kvadrat kilometrdir.

***

  İngiltərədə mədənçilərin 6 ay sürən tətili 1926-cı ilin 12 noyabrında sona çatdı: hökumət mədənçilərlə razılaşdı.

***

  1927-ci il 12 noyabrda Stalin SSRİ Kommunist Partiyasında rəhbərliyi ələ keçirdi, Trotski partiyadan çıxarıldı. 

***

  12 noyabr 1933-cü ildə Şərqi Türküstan İslam Respublikası elan edildi.

  1934-cü ilin 6 fevralında Ma Çnaqiinq (Ma Chnagying) ordusu tərəfindən süquta uğradılan respublika 10 il sonra – 1944-cü ilin 12 noyabr tarixində yenidən quruldu. Amma Şərqi Türkistan Respublikası üçün 5 il sonra – 1949-cu ilin 20 oktyabr tarixində təkrar təhlükə yarandı. Həmin ilin dekabrında Çin Xalq Qurtuluş Ordusu bölgəyə girərək yerləşdi və Şərqi Türküstanı muxtar əyalət olaraq Çin Xalq Respublikasına bağladı.

***

  Paytaxt Tokioda 1948-ci ilin 12 noyabrında qurulan Müharibə Cinayətləri Məhkəməsində Yaponiyanı İkinci Dünya Müharibəsinə sürükləyən 25 şübhəlidən 7-sinə ölüm, 16-sına isə ömürlük həbs cəzası kəsildi.

***

  12 noyabr 1969-cu ildə Cevdet Sunay Sovet Sosialist Respublikaları İttifaqına səfər edən ilk Türkiyə başçısı oldu.

***

  Amerika Birləşmiş Ştatlarının “Pulitzer” mükafatı qazanmış jurnalisti Seymur Herş (Seymour Hersh) 1969-cu ilin 12 noyabrında Vyetnamdakı “My Lai” qətliamını ortaya çıxardı. Məlum oldu ki, Amerika əsgərləri, aralarında uşaq və qadınların da olduğu, 500-ə yaxın Vyetnam vətəndaşını qətl edib.

***

  1995-ci ilin bu günü müstəqil Azərbaycan respublikasının paralmentinə majoritar və proporsional sistemlə ilk seçkilər keçirilib. Həmin gün həm də Azərbaycanın yeni konstitusiyası qəbul edilib.

  Qeyd edək ki, ötən əsrdə 2 dəfə suverenliyini elan edən Azərbaycanın ilk konstitusiyası sovet hakimiyyəti dövründə - 1921-ci il mayın 19-da Azərbaycan Sovetlər Qurultayında, ikinci konstitusiya 1937, üçüncüsü isə 1978-ci ildə qəbul olunub. 

  Müasir müstəqil Azərbaycan Demokratik Respublikasının Konstitusiyası isə 1995-ci il noyabrın 12-də qəbul edilib.  

***

  1996-cı ilin 12 noyabrında Səudiyyə Ərəbistanı Hava Yollarına məxsus sərnişin təyyarəsi Hindistanın Yeni Dehli yaxınlarında bir yük təyyarəsi ilə toqquşub, nəticədə 349 nəfər həyatını itirib.

***

  Rusiyadan İtaliyaya qaçan terrorçubaşı Abdullah Öcalan Türkiyənin israrlı təqibi nəticəsində 1998-ci ilin bu günü Roma aeroportunda saxta pasportla saxlanıldı.

***

  1999-ci ildə Türkiyə 17 Avqust Zəlzələsinin yaralarını sarımaqda ikən 12 noyabrda Bolu, Düzcə və Kaynaşlı rayonlarında 7,2 bal gücündə növbəti zəlzələ ilə sarsıldı. Bu zəlzələdə 845 adam həyatını itirdi, 4948 nəfər yaralandı, 15 mindən çox bina yerlə bir oldu.

***

  12 noyabr 2001-ci ildə Nyu-Yorkun JFK hava limanından qalxan sərnişin təyyarəsi pilotun səhvi ucbatından qəzaya uğradı, 265 adam həyatını itirdi.

***

  2017-ci ilin 12 noyabrında episentri İraqda 7,3 bal gücündə zəlzələ baş verdi, nəticədə İraq və İranda 348 adam həyatını itirdi, təxminən 6 min nəfər yaralandı.  

***



Әlaqәli Xәbәrlәr