Tarixdə bu gün: 7 noyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

Tarixdə bu gün: 7 noyabr

***

  1665-ci ilin 7 noyabr tarixində 354 ildir dərc olunan “The London Gazette” mətbuat orqanı nəşrə başlayıb.  

***

  1917-ci ildə, keçmiş təqvimlə oktyabrın 25-dən 26-na keçən gecə “Avrora” kreyserindən açılan atəş Rusiyada, eləcə də bütün Avropada yeni bir ictimai formasiyanın – sosializmin başlandığını xəbər verdi: Oktyabr İnqilabı baş verdi. V.İ.Leninin başçılığı ilə Sankt-Peterburqdakı bolşeviklər silahlı hücumla Romanovlar çarlığının Qış Sarayını tutaraq müvəqqəti hökuməti həbsə aldılar. Bununla da Rusiyada bolşeviklərin hakimiyyəti bərqərar oldu və 1991-ci ildə SSRİ dağılana qədər davam etdi. 

***

  1918-ci ilin 7 noyabrından yayılan qrip epidemiyası Sakit Okeandakı Qərbi Samoa adasında kütləvi ölümlərə səbəb oldu. Epidemiya il sonuna qədər əhalinin təxminən 20 faizini – 7500-dən çox adamı məhv etdi.  

***

  7 noyabr 1921-ci ildə İtaliyada Benito Mussolininin başçılığı ilə ölkədə Milli Faşist Partiyası quruldu.

***

  1949-cu ilin bu günü Azərbaycanın paytaxtı Bakının Neft Daşları yatağında qazılmış ilk neft quyusu fontan vurdu. Bununla da dünya neft sənayesinin inkişafında yeni dövr başlandı. Bundan sonra Neft Daşlarına çox mürəkkəb bir şəraitdə 10 kilometrlərlə estakadalar çəkildi, mədən təsərrüfatı yaradıldı və işçilər üçün yaşayış binaları ucaldıldı. 

***

  1982-ci il 7 noyabrda Türkiyədə 12 Sentyabr hökuməti tərəfindən hazırlanan yeni konstitusiya üçün referendum keçirildi. 91,35 faiz lehinə səslə Türkiyənin yeni konstitusiyası qəbul edildi.

  12 Sentyabr hərbi çevrilişinin rəhbəri Kənan Evren isə Türkiyənin dövlət başçısı seçildi.

***

7 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Radiumun kəşfi, 2 dəfə Nobel mükafatı sahibi olmuş Mariya Küri (Marie Curie) 1867-ci ilin bu günü Polşada dünyaya gəlib. (1867 - 1934)

***

  Özbəkistanın xalq şairi, dramaturqu, milliyyətcə azərbaycanlı olan Məqsud Şeyxzadə 1908-ci ilin 7 noyabrında Azərbaycanın Ağdaş şəhərində anadan olub.

  17 yaşında (1925) Bakı Darülmüəllimini bitirdikdən sonra Dağıstanda müəllim işləyən şair 20 yaşından (1928) ömrünün sonunadək Özbəkistanda yaşayıb, orada Nizami adına Daşkənd Pedaqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən dərs deyib.

  Məqsud Şeyxzadənin pyesləri Özbəkistan teatrlarında tamaşaya qoyulub.

  Nizami və Füzulinin bir çox əsərlərini özbək dilinə tərcümə edən yazıçının Azərbaycanda ikicildlik seçilmiş əsərləri və başqa kitabları çap olunub. (1908-1967)

***

  “Vəba", "Baş qaldıran insan", "Xoşbəxt ölüm" kimi məşhur əsərlərin müəllifi, Nobel mükafatı sahibi, Fransanın tanınmış roman yazıcısı Albert Kamü (Albert Camus) 1913-cü il 7 noyabrda Əlcəzayirdə dünyaya gəlib. (1913 - 1960)

***



Әlaqәli Xәbәrlәr