Tarixdə bu gün: 31 oktyabr
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
***
1517-ci il 31 oktyabrda Martin Lüther Vittenberqdə (Wittenberg) 95 tezisini kilsə qapısından asaraq Protestantlığı elan etdi.
***
31 oktyabr 1831-ci ildə Osmanlı imperatorluğu sərhədləri içində ilk türkcə qəzet olan “Takvimi-Vekayi” nəşrə başladı. Bu, daha çox rəsmi elanları verdiyi üçün Osmanlı dövlətinin ilk rəsmi qəzeti olaraq tarixə düşüb.
***
1876-cı ilin 31 oktyabrında Hindistanın sahil şəhərlərini yerlə-yeksan edən qasırğada 200 min adam həyatını itirdi.
***
Türkiyədə Kahramanmaraşda 1919-cu ilin 31 oktyabrında südçü İmam Fransa işğalçılarına qarşı ilk gülləni atdı.
***
31 oktyabr 1922-ci ildə İtaliyanın kralı Vittorio Emanuele tərəfindən Benito Mussolini ölkənin baş naziri təyin olundu.
***
1925-ci il 31 oktyabr tarixində İranda Beşinci Məclis Qacar sülaləsinin devrilməsi haqqında qərar qəbul etdi.
***
Dövrün Misir prezidentiCamal Əbdül NasirSüveyş kanalını milliləşdirərək gəmi keçidlərinə bağlayıncaMisirlə İngiltərə və Fransa arasında böhran yaşandı. İngiltərə və Fransa kanalın təkrar açılması üçün güc tətbiq edərək 1956-cı ilin 31 oktyabrında Misiri bombaladılar.
***
1958-ci il 31 oktyabrda Moskva Yazıçılar İttifaqının ümumi iclasında şair və nasir Boris Pasternakın ittifaqdan xaric edilməsi, sovet vətəndaşlığından və ölkədən çıxarılması barədə qərar təsdiq olundu.
Sonralar İtaliyada məskunlaşan Pasternak Nobel Mükafatına layiq görüldü.
***
1991-ci il 31 oktyabrda Cahar Dudayev başçısı olduğu Çeçenistan Muxtar Respublikasını Rusiyadan ayrı olaraq müstəqil dövlət elan etdi. Ancaq Rusiya prezidenti Boris Yeltsinçeçenlərin müstəqilliyini qəbul etmədi, bölgəyə ordu yeritdi.
***
31 oktyabr 1999-cu ildə Nyu-Yorkdan Qahirəyə gedən sərnişin təyyarəsi Atlantik okeanına düşdü, 217 adam həyatını itirdi.
2015-ci ilin eyni günü Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə üçan yolçu təyyarəsi Sina yarımadasına düşdü, 224 nəfər dünyadan köçdü.
***
31 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Ağa Nemətulla 1896-cı ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. 21 yaşından (1915) mədənlərdə işləyib.
Qabaqcıl iş üsullarını tətbiq etmək və texnoloji prosesləri təkmilləşdirməklə neft quyularının qazılmasında rekord nəticələrə nail olan Ağa Nemətulla 1941-ci ildə Bibiheybətdə ilk dəfə turbin üsulu ilə quyu qazıb.
Ağa Nemətullanın adına gəmi və Bakının keçmiş Sovetski məhəlləsində küçə var. (1896-1958)
***
SSRİ-nin tanınmış kino aktyoru Anatoli Papanov 1922-ci ilin 31 oktyabrında anadan olub.
A.Papanov ömrünün son illərində canavarla dovşanın əhvalatlarından bəhs edən məşhur “Nu poqodi” (Bir dayan) cizgi film serialında canavarı səsləndirib. (1922-1987)
***
Bu gün Hindistanın görkəmli dövlət və siyasi xadimi İndira Qandinin xatirə günüdür.
1917-ci ildə Hindistan dövlətinin qurucularından olan Cəvahirləl Nehrunun ailəsində dünyaya gəlib, 1966 və 1982-ci illərdə ölkənin ilk və bura qədər yeganə qadın baş naziri olub.
İndira Qandi öz cangüdənləri - iki Sih mühafizəçisi tərəfindən 1984-cü ilin 31 oktyabrında qətlə yetirilib. (1917-1984)
Sui-qəsddən sonra hindilər Sih mənşəli vətəndaşlara hücum etdilər: çıxan qarşıdurmalarda 2 min Sih öldü.
***
31 oktyabrda məşhur İtaliya kinorejissoru və ssenari müəllifi Federiko Fellini xatırlanır.
22 yaşından (1942) kinoya gələn Felliniyə “Ağ şeyx”, “Ana uşaqları” və “Yol” filmləri dünya şöhrəti gətirib. “Kabiliyanın gecələri” və sonrakı filmlərində müasir Qərb dünyasının təzadları əks olunub.
Federiko Fellininin filmləri beynəlxalq kino festivallarında yüksək mükafatlara layiq görülüb. (1920-1993)
***
Әlaqәli Xәbәrlәr
Tarixdə bu gün: 19 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.
Tarixdə bu gün: 9 may
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.