Tarixdə bu gün: 27 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1293209
Tarixdə bu gün: 27 oktyabr

***

  1806-cı il 27 oktyabrda Napoleon Bonapartın komandanlığı altında Fransa ordusu Berlini ələ keçirdi.

***

  1873-cü ilin bu günü Amerikanın İllinoys ştatından olan fermer Cozef Qlidden təkmilləşdirilmiş tikanlı məftillərə görə patent aldı. Elə növbəti il bu ixtira Birləşmiş Ştaların ucsuz-bucaqsız düzənliklərində fermerlərin həyatını bütünlüklə dəyişdirdi. Ucuz başa gələn tikanlı məftillər sayəsində hasara alınmış sahələrdə fermerlər və ranço sahibləri öz otlaqlarını ətrafdakı yırtıcı heyvanlardan qoruya bildilər.  

***

  27 oktyabr 1922-ci ildə İtaliyada Benito Mussolininin başçılığı ilə Faşist Hərbi Qüvvələri (Qara köynəklilər) Neapoldan Romaya hücum etdi. İki gün sonra Romaya çatan İtaliya faşistləri koalisiya hökumətini devirdi və idarəçiliyi ələ keçirdi.

***

  1951-ci il oktyabrın 27-sində həkimlər ilk dəfə olaraq radioaktiv şüalanmadan onkoloji bədxassəli şişlərin müalicəsi zamanı istifadə etməyə başladılar.  

***

  27 oktyabr 1958-ci ildə Pakistanın ilk prezidenti İsgəndər Mirzə 20 gün əvvəl Baş Qərargah rəisi təyin etdiyi general Əyyub Xan tərəfindən qansız çevrilişlə devrildi və vəzifədən uzaqlaşdırıldı.

***

  1978-ci il 27 oktyabrda Nobel Sülh Mükafatı Misirin prezidentiƏnvər Sedatİsrailin baş naziri Menahem Beqinə verildi.

***

  1982-ci il oktyabrın 27-də Çin Xalq Respublikası ölkə əhalisinin 1 milyardı keçdiyini rəsmən elan etdi.

***

  27 oktyabr türkmən xalqının milli bayramı – istiqlaliyyət günüdür.

  Keçmiş SSRİ-nin bu respublikası 1991-ci ilin bu günü müstəqillik qazanıb. Türkmənistanın ilk prezidenti Saparmurad Türkmənbaşı oldu.

***

  1992-ci ilin 27 oktyabrında Türkiyə ordusunun PKK terror təşkilatına qarşı Handur dağında başladığı əməliyyatda 100 terrorçu zərərsizləşdirildi.

***

  27 oktyabr 1999-cu ildə Ermənistanın baş naziri Vazgen Sarkisyan və 8 yüksək səviyyəli dövlət məmuru parlamentə edilən silahlı hücum nəticəsində  öldürülüb.

***

  2005-ci ildə Parisdə Şimali Afrika mənşəli iki müsəlman uşağın ölümü ilə bağlı oktyabrın 27-sindən etiraz mitinqləri başladı. Ölkənin başqa rayonlarına da yayılan və 3 həftə davam edən hadisələrdə 300 bina və 10 min avtomobil atəşə verildi, 130 nəfər yaralandı.

***

  Honq Konq istehsalı olan və yaşlılara yardım məqsədilə hazırlanan “Sophia” adlı robota 2017-ci ilin 27 oktyabrında vətəndaşlıq verildi. “Sophia” vətəndaşlıq hüququna malik ilk robot sayılır.

***

27 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur ingilis səyyahı Ceyms Kuk (James Cook) 1728-ci ilin bu günü dünyaya gəlib.

  Dünya səyahətinə çıxaraq ilk dəfə qütb dairəsini keçən C.Kuk 1776-1779-cu illərdə Havay adalarını kəşf edərkən yerli sakinlərin hücumuna məruz qalıb və qətlə yetirilib.  

***

  Dünyaşöhrətli İtaliya skripkaçısı və bəstəkar Nikkola Paqanini 1782-ci il 27 oktyabrda anadan olub. 11 yaşından müstəqil konsertlər verməyə başlayıb və şöhrəti bütün Avropaya yayılıb. Konsertlər zamanı notsuz skripka çalmağı ilk dəfə Paqanini tətbiq edib. O, həm də instrumental musiqi ifaçılığının inkişafına güclü təsir göstərib. (1782-1840)

***

  Görkəmli biloloq, bitkilərin elmi seleksiyasının banisi İvan Miçurin 1855-ci ilin bu günü anadan olub. Sortlararası hibridləşdrimə, seleksiya prosesinin sürətləndirilməsi və başqa sahələrdə tədqiqatlar aparan Miçurinin tənliyi əsasında 1918-ci ildə meyvə-giləmeyvə bitkilərinin seleksiya-genetika stansiyası təşkil edilib. Hazırda bu stansiya Miçurin adına mərkəzi genetika laboratoriyası olaraq fəaliyyət göstərir.  

***

  Görkəmli Azərbaycan alimi, akademik Qurban Cəlilov 1927-ci ilin 27 oktyabrında dünyaya gəlib.  

  Tədqiqatları əsasən neft quyularının sulaşması və qarşılıqlı təsiri, su-neft sərhədinin hərəkəti ilə əlaqədar məsələrə aiddir. Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin hesabalma üsullarını hazırlayıb, müxtəlif kollektora malik bircinsli olmayan yataqların riyazi modellərini təklif edib. (1927-2000)

***

  27 oktyabr tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının xatirə günüdür.

  Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrların yaradıcısı kimi tanınıb, simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyib. Onun “Fraqmentlər” əsəri Azərbaycan simfonik konsert musiqisinin ilk nümunəsidir.  

  Asəf Zeynallının yaradıcılığı üçün bədiilik, obrazlılıq, milli kolorit, yeni forma axtarışları səciyyəvidir. Azərbaycan musiqi folkloru nümunələrinin toplanmasıdna xüsusi xidmətləri olan bəstəkar təxminən 50 xalq mahnısını nota salıb.  

  19 yaşından (1928) Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində dərs deyib. Məşhur bəstəkarlar Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov onun sinfində oxuyublar.

  Asəf Zeynallı 1932-ci ilin bu günü 23 yaşında dünyasını dəyişib. (1909-1932)

***

 


Etiketlәr: #Azərbaycan musiqi folkloru , #Asəf Zeynallının yaradıcılığı , #Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrların yaradıcısı , #Azərbaycan simfonik konsert musiqisinin ilk nümunəsi , #Asəf Zeynallı , #müxtəlif kollektora malik bircinsli olmayan yataqların riyazi modelləri , #Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin hesabalma üsulları , #su-neft sərhədinin hərəkəti , #neft quyularının sulaşması , #Qurban Cəlilov , #Miçurin adına mərkəzi genetika laboratoriyası , #meyvə-giləmeyvə bitkilərinin seleksiya-genetika stansiyası , #seleksiya prosesinin sürətləndirilməsi , #Sortlararası hibridləşdrimə , #İvan Miçurin , #bitkilərin elmi seleksiyasının banisi , #instrumental musiqi ifaçılığının inkişafı , #Konsertlər zamanı notsuz skripka çalmaq , #Nikkola Paqanini , #ilk dəfə qütb dairəsini keçən , #Dünya səyahəti , #ingilis səyyahı , #Ceyms Kuk (James Cook) , #vətəndaşlıq hüququna malik ilk robot , #“Sophia” robot , #Honq Konq istehsalı , #etiraz mitinqləri , #2005 Paris Şimali Afrika mənşəli müsəlman uşaqların ölümü , #silahlı hücum , #Vazgen Sarkisyan , #Ermənistanın baş naziri , #Türkiyə ordusu - PKK - Handur dağı əməliyyatı , #27 oktyabr Türkmənistanın İstiqlaliyyət günü , #Çin əhalisi , #1978 Nobel mükafatçıları , #İsrailin baş naziri Menahem Beqin , #Misirin prezidenti Ənvər Sedat , #qansız çevriliş , #Əyyub Xan , #İsgəndər Mirzə , #Pakistanın ilk prezidenti , #radioaktiv şüalanmadan onkoloji bədxassəli şişlərin müalicəsi , #həkimlər ilk dəfə , #İtaliya faşistləri , #Neapoldan Romaya hücum , #Faşist Hərbi Qüvvələri (Qara köynəklilər) , #Benito Mussolini , #ixtira , #tikanlı məftillərə görə patent , #fermer Cozef Qlidden , #Napoleon - Fransa ordusu - Berlin , #Tarixdə bu gün: 27 oktyabr

Әlaqәli Xәbәrlәr