Tarixdə bu gün: 25 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1293088
Tarixdə bu gün: 25 oktyabr

25 oktyabr 1147-ci ildə Sultan I Məsudun komandanlığındakı Səlcuqlu ordusu alman kralı III Konradın komandanlığındakı Səlib ordusunu Əskişəhir yaxınlığındakı Dorileon müharibəsində məğlub edildi.

***

25 oktyabr 1917-ci ildə Vladimir Leninin başçılığındakı Bolşevik qüvvələr Rusiyada hakimiyyəti ələ keçirdi.

***

25 oktyabr 1924-cü il tarixində Türk millətçiliğinin simvolu olan simalardan yazıçı, şair və siyasətçi Ziya Gökalp İstanbulda vəfat etdi.

***

25 oktyabr 1936-cı ildə Adolf Hitler və Benito Mussolini Mehvar dövlətləri birliyini qurduqlarını elan etdilər.

***

25 oktyabr 1947-ci ildə Sovet İttifaqı Türkiyəyə verdiyi diplomatik notalarla İstanbul və Çanaqqala boğazlarında hərbi baza ilə Qars və Ardahanın onlara verilməsini istədi. Türkiyə bu tələbləri qəbul etmədi. ABŞ və İngiltərənin də Türkiyəni dəstəkləməsi nəticəsində Sovet İttifaqı hakimiyyəti 1953-cü ildə Stalinin ölümündən sonra bu tələblərindən rəsmi olaraq vaz keçdiyini açıqladı.

***

25 oktyabr 1971-ci ildə Çin Xalq Cümhuriyyəti Tayvanın BMT-dən çıxarılmasından sonra BMT-yə üzv oldu.

***

25 oktyabr 2004-cü ildə Kuba dövlət başçısı Fidel Kastro ölkəsində ABŞ dolları ilə bazarlıq işlərinin qadağan olunduğunu açıqladı.

***

25 oktyabr 2009-cu ildə İraqın paytaxtı Bağdadda Ədliyyə Nazirliyi və Vilayət binasına minalanmış maşınlarla hücum edildi; 90 nəfər həyatını itirdi, 600 nəfər yaralandı.



Әlaqәli Xәbәrlәr