Tarixdə bu gün: 23 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1291769
Tarixdə bu gün: 23 oktyabr

***

  Azərbaycan və Gürcüstanda işgüzar səfərdə olmuş italiyalı kommersant Korsi “Koppegena della sera” qəzetinin 1919-cu il 23 oktyabr saylı nömrəsinə verdiyi müsahibədə Azərbaycanın müstəqillik uğrunda əzmlə mübarizə apardığını qeyd edib. Korsi deyirdi: “Hər iki respublikanın müstəqilliyi ən qısa vaxtda Versal Sülh Konfransı tərəfindən tanınmalıdır”.

***

  İkinci Dünya Müharibəsindən sonra qurulmasına qərar verilən Birləşmiş Millətlər Təşkilatı ilk ümumi yığıncağını 1946-cı il 23 oktyabrda Nyu-Yorkda etdi.

***

  23 oktyabr 1954-cü ildə Almaniyanın NATO üzvlüyünə girməsi üçün Paris Müqaviləsi imzalandı.

***

  1956-cı ilin 23 oktyabrında Macarıstanda SSRİ-nin işğalı və suverenliyinə qarşı üsyan başladı. Bütün ölkəyə yayılan nümayişlərdə Sovet əsgərlərinin ölkədən çıxması tələb olunurdu.

  SSRİ Macarıstanı işğal qərarı verdi və Qızıl Ordu paytaxt Budapeşti mühasirəyə aldı. Baş nazir İmre Naqi (İmre Nagy) Sovetlərə qarşı BMT-dən kömək istədi, ancaq gözlədiyi dəstəyi almadı.

***

  1973-cü il 23 oktyabrda ABŞ prezidenti Riçard Nikson (Richard Nixon) "Watergate" qalmaqalı ilə bağlı “Dəyirmi ofis” (Oval Ofis) səs qeydlərini məhkəməyə təhvil verməyi qəbul etdi.

***

  23 oktyabr 1983-cü ildə Livanın paytaxtı Beyrutda Amerika və Fransa Sülh Qüvvələri qərargahlarına partlayıcı olan yük maşını ilə intihar hücumu olundu: 241 Amerika dəniz piyadası, 58 Fransa əsgəri öldü.

***

  XX əsrin 60-cı illərində Türkiyədən qaçırılan, miladdan əvvəl 560-546-cı illər Lidiya mədəniyyətinə aid "Qarun xəzinəsi" 28 il sonra – 1993-cü il 23 oktyabrda yenidən ölkəyə gətirildi.

***

  23 oktyabr 2011-ci ildə Vanda Türkiyə Cümhuriyyəti tarixində ən böyük iki zəlzələ baş verdi. Birinci 6,7 bal gücündəki zəlzələdən 18 gün sonra ikinci 7,2 bal gücündə zəlzələ oldu. Hər iki zəlzələdə birlikdə 644 adam həyatını itirdi, 4 mindən çox adam yaralandı.   

***

23 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri Seyid Əbülqasım Nəbati 1812-ci ilin bu günü Təbrizdə anadan olub.

  Həm klassik Şərq, həm də aşıq şeiri tərzində əsərlər yaradan Nəbatinin qəzəlləri bu gün də aşıqlar və xanəndələr tərəfindən sevilə-sevilə oxunur. (1812-1873)

***

  Məşhur Amerika fiziki, Nobel mükafatı laureatı, bərk cisim fizikası metodlarının banilərindən olan Feliks Blok (Felix Bloch) 1905-ci ilin bu günü anadan olub. O, kristalların kvant nəzəriyyəsiaşağı temperaturlu ferromaqnetizmin əsasını qoyub. (1905-1986)

***

  Futbol dünyasının əfsanəsi Pele (Edison Arantes do Nascimento) 1940-cı ilin 23 oktyabrında Braziliyada dünyaya gəlib.



Әlaqәli Xәbәrlәr