Tarixdə bu gün: 21 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1290294
Tarixdə bu gün: 21 oktyabr

***

  1520-ci ilin 21 oktyabrında Fernando Magellan Cənubi Amerikanın cənubunda, Atlantik okeanını Sakit okeana birləşdirən, bu gün onun ismi ilə adlandırılan boğazı kəşf etdi.

***

  21 oktyabr 1805-ci ildə Horatio Nelsonun komandanlığı altındakı İngiltərə donanması Trafalqarda Napoleonun Birləşmiş Fransa-İspaniya Donanmasını məğlub etdi. Admiral Nelson bu müharibədə həlak oldu.

***

  Osmanlı imperatorluğunun ilk xüsusi siyasi qəzeti olan “Tərcümani-Ahval” 1860-cı ilin 21 oktyabrından dərc olunmağa başladı.

***

   21 oktyabr 1935-ci ildə Adolf Hitlerin rəhbərlik etdiyi nasist Almaniyası Millətlər Cəmiyyətindən rəsmən ayrıldı.

***

  Fransada qadınlar 1945-ci ilin 21 oktyabrından səsvermə hüququna malik oldular.

***

  1985-ci ilin 21 oktyabrında alman jurnalisti və yazıçısı Qünter Valrafın (Günter Wallraff) türk işçisindən bəhs edən “Ən aşağıdakılar” (Ganz Undan) kitabı satışa çıxdı. Kitab almanların türklərə qarşı irqçi düşüncəsinə qarşı çıxmaqla geniş oxucu kütləsi qazandı.  

***

  21 oktyabr 1987-ci ildə montaj-qurğu işləri Türkiyədə həyata keçirilən F-16 təyyarəsinin ölkədə ilk uçuşu rəsmi mərasimlə göstərildi.

***

  1999-cu ilin 21 oktyabrında Çeçenistanın paytaxtı Qroznının böyük ticarət mərkəzində tərədilən raket hücumunda 110 adam həyatını itirdi, 400 nəfər yaralandı.

***

21 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Tanınmış isveç ixtiraçısı və sənaye sahibkarı Alfred Nobel 1833-cü ilin bu günü andan olub.

  Daha çox tüstüsüz barıt, uğultulu-civəli kapsul-detanator və dinamitin ixtiraçısı kimi tanınan Alfred həm də soyadı ilə bağlı olan Nobel mükafatının təsisçisidir.

  Alfred Nobel London Kral Cəmiyyəti və İsveç Elmlər Akademiyasının üzvü idi. (1833-1896)

***

   Azərbaycanın mütəfəkkir şairi və dramaturqu Hüseyn Cavidin oğlu, bəstəkar, şair və rəssam Ərtoğrul Cavid (Rasizadə) 1919-cu il oktyabrın 21-də anadan olub. Cəmi 24 il yaşamış Ərtoğrul Azərbaycan mədəniyyəti üçün zəngin və faydalı işlər görüb.

  Nizami Gəncəvinin sözlərinə romanslar yazan ilk Azərbaycan bəstəkarlarından olan Ərtoğrul Cavidin Nigar Rəfibəylinin “Məhsəti” poeması əsasında yazdığı opera yarımçıq qalıb.

  Bir çox xalq mahnılarının nadir ifalarda fonovallara yazılaraq bu günümüzə qədər çatdırılması bəstəkarın Azərbaycan mədəniyyətinə mislisiz xidmətlərindəndir. 

  Ərtoğrul Cavid 1942-ci ildə Sovet ordusu sıralarına çağırılıb, ağır tunel tikintilərində işlədilib, vərəm xəstəliyinə tutulub, bu səbəbdən hərbi xidmətdən azad edilib, Naxçıvana getməsinə icazə verilib. Az sonra - 1943-cü il oktyabrın 14-də vəfat edib. (1919-1943)

***

  XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, şair, tənqidçi və ölkənin müstəqilliyi uğrunda alovlu mübariz Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü dünyaya gəlib.

  1988-ci ildən başlanan azadlıq hərəkatı Xəlil Rzanın ictimai fəaliyyətinin daha canlı və ən parlaq səhifələridir. ((1932-1994)

***



Әlaqәli Xәbәrlәr