Tarixdə bu gün: 18 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1289230
Tarixdə bu gün: 18 oktyabr

***

  1867-ci ilin 18 oktyabrında ABŞ Alyaskanı Rusiyadan 7,2 milyon dollar qarşılığında satın aldı. 22 il sonra həmin gün Porto Rikonu da ələ keçirdi.

***

  18 oktyabr 1912-ci ildə İtaliya ilə Osmanlı imperiyası arasındakı Trablusqarp Müharibəsini sona çatdıran Uşi Sazişi imzalandı. Müqaviləyə görə, Osmanlı dövlətinin Afrika qitəsindəki son torpağı olan Trablusqarp və Benqazi tam, 12 ada isə müvəqqəti olaraq İtaliyaya verildi.

***

  1922-ci il 18 oktyabrda İngiltərənin BBC mətbuat orqanı quruldu.

***

  18 oktyabr 1935-ci ildə İtaliyanın Aralıq dənizindəki ekspansiyasına qarşı İngiltərə, Yunanıstan, Türkiyə və Yuqoslaviya arasında qarşılıqlı zəmanətlərə əsaslanan Aralıq Dənizi Müqaviləsi imzalandı.

***

  1967-ci ilin 18 oktyabrında SSRİ-nin uçurduğu “Venera-4” kosmik gəmisi Veneraya çatdı.

  “Venera-4” Yer kürəsindən sonra bir planetin atmosferini araşdıran ilk kosmik gəmi sayılır.  

***

  Fələstin kəşfiyyatçılarının 1977-ci ilin 18 oktyabrında Somalinin Moqadişo hava limanına qaçırdığı “Lufthansa” sərnişin təyyarəsini  Almaniyanın antiterror komandası basdı, 3 nəfəri öldürdü, 86 girovu xilas etdi.

  Fələstinli nümayişçilər Almaniyadakı Qızıl Ordu Fraksiya (RAF) rəhbərlərini həbsdən qurtarmaq üçün aksiya keçirdi. Həmin gecə fraksiyanın başçıları Andreas Baader, Qudrun Ennslin, Yan-Karl Raspe və İrmqard Möller saxlandıqları həbsxanada intihar etdi, ancaq Möller qurtarıla bildi.   

***

  18 oktyabr Azərbaycan xalqının milli bayramı – Müstəqillik Günüdür.                                       

  1991-ci il oktyabrın 18-də hakimiyyətdə olan iqtidar partiyası - Azərbaycan Xalq Cəbhəsinin qəbul etdiyi Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasına yol açdı.   

***

  2007-ci ilin 18 oktyabrında Pakistanın keçmiş baş naziri Bənazir Bhutto 8 illik sürgündən sonra döndüyü ölkəsində bombalı hücuma məruz qaldı. Bhuttonun yaralanmadan xilas olduğu bu hücumda 126 adam həyatını itirdi, 248 nəfər yaralandı.

***

18 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dünya elminin korifeylərindən biri, Nobel mükafatı laureatı Tomas Alva Edisson 1938-ci ilin bu günü ABŞ-ın Nyu-Cersi ştatında vəfat edib.

  Görkəmli ixtiraçının gündəliyində belə bir qeyd var: “Heç vaxt, hətta 1 dəqiqə də olsa, problemlərin iqtisadi tərəfini yaddan çıxarmamalıyıq”.  

  Tomas Edisson təkcə Amerika Birləşmiş Ştatlarında öz ixtiralarına görə 1098, dünyanın 34 ölkəsində isə 3 minə qədər patent alıb. (1847-1931)

***



Әlaqәli Xәbәrlәr