Tarixdə bu gün: 16 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1288420
Tarixdə bu gün: 16 oktyabr

***

  Cərrah Con Uorren tibb tarixində ilk dəfə olaraq 1846-cı il oktyabrın 16-da Boston xəstəxanasında narkoz altında əməliyyat aparıb. Efirin köməyilə yuxuya verilən Eilbert Ebbotun boynundakı şiş çıxarılıb.  ***

  Muzey olmasına qərar verilən Topqapı Sarayı ilk dəfə 1924-cü ilin 16 oktyabrında xalqın ixtiyarına verilib.  

***

  1954-cü ildən 16 oktyabr – Ümumdünya Ərzaq Günü kimi qeyd olunur. Bu günlə əlaqədar tədbirlər bütün dünyada ərzaq çatışmazlığının qarşısını almaq üçün dövlətləri və təşkilatları səmərəli əməkdaşlığa çağırır.           

***

  16 oktyabr 1964-cü ildə Çin ilk atom bombasını sınaqdan keçirərək ABŞ, SSRİ və İngiltərədən sonra dünyanın 4-cü nüvə gücü oldu.

***

  Polyak kardinal Karol Voytıla (Karol Wojtyla) 1978-ci il oktyabrın 16-da II Jan Paul (Jean Paul) adı ilə papa seçildi və bu vəzifəni 27 il davam etdirdi.

***

  16 oktyabr 2002-ci ildə ABŞ prezidenti Corc Buş (George W. Bush) konqresdən İraqa döyüşaçma səlahiyyəti aldı.

***

16 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Almaniya Sosial – Demokrat Hərəkatı İkinci İnternasionalın liderlərindən olan Karl Kautski 1854-cü ilin bu günü Çexoslavakiyanın paytaxtı Praqada dünyaya gəlib. K.Marklsa tanışlıqdan sonra onun ideyalarının ən fəal təbliğatçılarından olan K.Kautsi sonradan mövqeyini dəyişib və oppurtinizmə meyl edib. Rusiyada Oktyabr İnqilabını düşməncəsinə qarşılayıb. V.İ.Leninin 1920-ci ildə qələmə aldığı “Proletar inqilabı və xain Kautski” əsəri ona ünvanlanıb. (1854-1938)

***

  Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Mehmandarov 1856-cı il oktyabrın 16-da dünyaya gəlib.

  Səməd bəy Rusiya – Yaponiya müharibəsi zamanı 7-ci Sibir artilleriya diviziyasının komandiri olub. Port-Arturun müdafiəsi zamanı göstərdiyi igidliyə görə “Qızıl qılınc”la təltif edilib.

  1918-ci ilin dekabrından 1920-ci ilin aprelinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri vəzifəsində çalışan bu istedadlı sərkərdənin Azərbaycan hərb sənətinin inkişafında, eləcə də hərbi kadrların hazırlanmasında xidmətləri əvəzsizdir.

  Səməd bəy Mehmandarov çar Rusiyasının “Stanislav”, “Vladimir” və “Georgi” ordenlərinin bütün dərəcələri, həm də İngiltərə, Fransa və Rumıniyanın yüksək orden və medalları ilə təltif edilib. (1856-1931)

***  



Әlaqәli Xәbәrlәr