Tarixdə bu gün: 14 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1287665
Tarixdə bu gün: 14 oktyabr

***

  1843-cü il oktyabrın 14-ündə Potsdamda “Yay gecəsi yuxusu” tamaşasında Feliks Mendelson Bartoldinin bu komediyaya yazdığı musiqi nömrələrindən biri – “Toy marşı” ilk dəfə səslənib. 1858-ci ildə Prussiya kralı IV Fridrix Vilhelmlə Böyük Britaniya şahzadəsi Viktoriya Adelgeyin toy mərasimində ifa olunduqdan sonra geniş yayılıb və dünyada şöhrət tapıb.  

***

  14 oktyabr 1913-cü ildə İngiltərənın Senqhenid (Senghenydd) rayonunda kömür mədəni qəzası baş verdi və 439 nəfər dünyasını dəyişdi.

***

  1924-cü il 14 oktyabrda Qırğızıstana SSRİ tərkibində muxtar respublika statusu verildi. 1936-cı ildə isə Qrığızıstan Sovet Sosialist Respublikası oldu.         

***

  14 oktyabr 1933-cü ildə Adolf Hitler Cenova Tərksilah Konfransına qatılmayacağını və Almaniyanın Millətlər Cəmiyyətindən ayrılacağını bildirdi.

***

  1946-cı il oktyabrın 14-də İngiltərənin paytaxtı London Mülki Mühəndislər İnstitutunda Standartlaşdırma üzrə Milli Təşkilatların Konfransı açıldı. Elə həmin konfransda Standartlaşdırma Beynəlxaq Təşkilatı təsis olundu. Təşkilatın ilk sədri türkiyəli biznesmen Faruq Sunter seçildi. Məhz onun təklifi ilə hər il 14 oktyabr Beynəlxalq Standartlaşdırma Günü kimi qeyd olunur.

***  

  14 oktyabr 1947-ci ildə ABŞ-ın test pilotu (Çak) Çarlz Elvud Yeqer (Chuck -  Charles Elwood Yeager) səs divarını aşan ilk adam sayıldı.

***

  1964-cü ilin 14 oktyabrında ABŞ-ıın qara dərili keşişi Martin Lüter Kinqə (Martin Luther King) Nobel Sülh Mükafatı verildi.

***

  14 oktyabr 1968-ci ildə amerikalı idmançı Cim Hayns (Jim Hines) Meksikada keçirilən olimpiadalarda 100 metri 10 saniyədən az vaxta tamamlayan (9,95 s) ilk adam oldu. Rekord 15 il - 1983-cü ilə qədər qədər yenilənmədi.  

***

  1973-cü il 14 oktyabrda Tailand universiteti tələbələrinin demokratik hökumət üçün etiraz mitinqində 77 adam həyatını dəyişdi, 857 nəfər yaralandı.

***

  14 oktyabr 1981-ci ildə Ənvər Sədat sui-qəsd nəticəsində öldürülüncə yerinə Hüsnü Mübarək keçdi. O, 30 il Misirin prezidenti oldu.

***

14 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  1092-ci ilin 14 oktyabrında Orta əsr Şərq dünyasının görkəmli siyasətçilərindən olan Nizamülmülk 73 yaşında qətlə yetirilib.

  Səlcuq dövlətində geniş cəsusluq şəbəkəsinin yaradılması Alp Aslan və Məlikşahın dövründə baş vəzir olan Nizamülmülkün adı ilə bağlıdır. Onun dövlət idarəçiliyindən bəhs edən məşhur “Siyasətnamə” əsəri ən dəyərli tarixi mənbələrdən biri sayılır. (1019-1092)

***

  14 oktyabr məşhur rusiyalı fizik Abraam İoffenin xatirə günüdür.

  Alim ilk dəfə ion kristallarının elektrikkeçirmə mexanizmini izah edib, kristalların plastikliyi və möhkəmliyinə dair mühüm nəticələr alıb. Yarımkeçiricilərin xassələrini xarakterizə edən əsas kəmiyyətləri təyin etmək üçün üsul yaradan Abraam İoffenin tədqiqatları yarımkeçiricilər texnikasının yeni sahələrinin inkişafına təkan verib. (1880-1960)

***  

  XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan xalq şairi Məmməd Araz 1933-cü ilin bu günü anadan olub.

  Bədii yaradıcılığa 19 yaşından (1952) başlayan şairin həmin vaxtdan onlarla kitabı işıq üzü görüb və məşhurlaşıb. (1933-2004)

***

  14 oktyabr Azərbaycanın tanınmış fırça ustası, xalq rəssamı Səttar Bəhlulzadənin xatirə günüdür.

  Müasir Azərbaycan rəssamlıq sənətində mənzərə janrının banilərindən biri kimi tanınan Səttar Bəhlulzadə yaradıcılığının ilk dövrlərində tarixi mövzular yer alır. Rəssam mənzərə janrında daha çox 50-ci illərdən başlayaraq çəkib. (1909-1974)                                           

***          



Әlaqәli Xәbәrlәr