Tarixdə bu gün: 1 oktyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1278273
Tarixdə bu gün: 1 oktyabr

***

  1880-ci ilin 1 oktyabrında Tomas Edison (Thomas Edison) tərəfindən ilk elektrikli lampa fabriki açılıb.

***

  1918-ci il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlayıb.

  1998-ci il iyulun 17-də ölkənin o zamankı prezidenti Heydər Əliyev hər il 1 oktyabrın Azərbaycan Prokurorluğu İşçilərinin Peşə Bayramı olaraq qeyd edilməsi barədə sərəncam imzalayıb. 

***

  1938-ci ildə imzalanan Münhen anlaşmasına əsasən Almaniya qoşunları Çexoslavakiyanın bir hissəsi olan Sudeti döyüşsüz işğal etdi. 30-cu illərin sonunda alman faşitlərinin həyata keçirdiyi bu əməliyyat son nəticədə İkinci Dünya Müharibəsinə gətirib çıxardı. 

***

  Bir ay sürən mühasirədən sonra - 1939-cu ilin 1 oktyabrında alman-faşist qüvvələri Varşavaya girdi.

***

  1946-cı ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalı öz işini başa çatdırdı: həbs olunan 24 nəfərlik alman-faşist rəhbərliyinin 22 nəfərinə hökm oxundu.

  Proses başlanana qədər Alman Əmək Cəbhəsinin sədri Pobert Ley özünə qəsd etdi. Qustav Krupp isə “müalicəolunmaz xəstə” adı ilə buraxıldı. Müttəhimlərdən 12 nəfər, o cümlədən German Gerinq, İoahim Rebbentrop və başqaları ölümə, Rudolf Hess isə ömürlük həbsə məhkum olundular.   

***

  1 oktyabr Çin xalqı milli bayramını – Çin Xalq Respublikası Gününü qeyd edir.

  1949-cu ildə Mao Tszedunun başçılıq etdiyi kommunist ordusu Qomindan qoşunlarını məğlub etdikdən sonra Asiyada daha birkommunist dövləti quruldu. Lakin Çan Kay Şinin Qomindan qoşunlarının qalıqları Tayvan adasında qərar tutdu. 

***

  1960-cı il 1 oktyabrda İngiltərədən ayrılaraq müstəqilliyini qazanan Kiprdə türklər və yunanların iştirakı ilə tərəfdaşlıq təməlinə əsaslanan yeni dövlət quruldu.

***

  UNESCO-nun qərarı ilə 1975-ci ildən 1 oktyabr Beynəlxalq Musiqi Günü elan olunub. Bu günün təşəbüskarı məşhur rus bəstəkarı Dmitri Şostakoviç idi. 

***

  1977-ci ilin 1 oktyabrında dünyaşöhrətli Braziliya futbolçusu Pele futbolu buraxdı.

  Qeyd edək ki, Pele çıxdığı 1363 liqa matçında 1281 qol ataraq tarixə “Ən çox qol vuran futbolçu” olaraq düşüb.

***

  1 oktyabr bütün dünyada həm də Beynəlxalq Ahıllar Günüdür.  

  BMT-nin baş məclisi bu qətnaməni 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etmişdir. Qətnamənin prinsiplərinə əsasən, hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.

  BMT-nin hesablamalarına görə, hazırda dünya əhalisinin 10 nəfərindən biri 60 və daha yuxarı yaş qrupuna daxildir.

***

  1992-ci il oktyabrın 1-də Türkiyənin Bitlis rayonunun Cevizdalı kəndinə hücum edən PKK terrorçuları, aralarında uşaq və qadınların da olduğu, 37 adamı öldürdü, 20 nəfəri yaraladı.

***

  1995-ci ilin 1 oktyabrında Türkiyənin Afyon Dinar bölgəsində Rixter (Richter) cədvəlinə görə 6,1 bal gücündə zəlzələ baş verdi ki, 90 adam həyatını itirdi, 250 nəfər yaralandı, 14 mindən çox bina zərər gördü.

***

  Beynəlxalq Memarlar İttifaqı Assambleyasının 1996-cı il qərarına əsasən, oktyabrın ilk bazar ertəsi Beynəlxalq Memarlar Günü və Ümumdünya Ətraf Mühit Günü olaraq qeyd edilir. 

***

  PKK terror təşkilatına dəstək verən Suriyanı dövrün Türkiyə Quru Qüvvələri komandiri Atilla Ateş, sonra isə baş nazir Mesut Yılmaz xəbərdarlıq etdi.

  1998-ci il oktyabrın 1-də isə ölkə başçısı Süleyman Dəmirəl Türkiyə Böyük Millət Məclisinin növbəti mövsümünün açılışındakı çıxışında "Səbrimiz daşmaq üzrədir" deyərək PKK-nın başçısıAbdulla Öcalanın Suriyadan çıxarılma prosesinə başlanılması üçün tapşırıq verdi.

***

  1999-cu ilin 1 oktyabrından Rusiya ilə muxtar respublikası Çeçenistan arasında İkinci Çeçen Müharibəsi başladı.

***

1 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dağıstan və Çeçenistanın ikinci imamı sayılan Həmzət bəy 1834-cü ilin bu günü həyatdan köçüb. (1789-1834)

  1828-ci ildə Rusiya imperiyasına qarşı üsyan qaldıran birinci imam Qazi Məhəmməd 1830-cu ildə həbs olunaraq Tiflisə sürgün edildikdən sonra dağlıların üsyanına Həmzət bəy başçılıq edib. Onun varisi isə Şeyx Şamil idi.

***

  Azərbaycan Milli Qəhrəmanı Əlyar Əliyev 1957-ci il oktyabrın 1-də Qubadlıda anadan olub.

  Yeniyetmə yaşlarında Yunan-Roma güləşi üzrə usta idmançı olan, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü başlanan gündən Qubadlıda ilk batalyon yaradıb onun komandiri olan, erməni-rus qəsbkarları ilə döyüşlərdə misilsiz rəşadət göstərən Əlyar Əliyev Laçın uğrunda gedən vuruşmada həlak olub. (1957-1992)

***



Әlaqәli Xәbәrlәr