Tarixdə bu gün: 29 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1276746
Tarixdə bu gün: 29 sentyabr

***

  Liviyanı ələ keçirmək istəyən İtaliya ilə Osmanlı dövləti arasında 1911-ci ilin 29 sentyabrında Trablusqarp müharibəsi başladı.

***

  29 sentyabr 1913-cü ildə İkinci Balkan Müharibəsinin sonunda Osmanlı dövləti ilə Bolqarıstan arasında İstanbul sazişi imzalandı.

  Bolqarıstan 5 il sonra həmin gün Selanik Atəşkəsinə əsasən Birinci Dünya Müharibəsindən geri çəkildi.

***

  Çində Yaponiya təhdidinə qarşı millətçi general Çan Kay Şi ilə kommunist Mao Zedonq 1937-ci ilin 29 sentyabrında ortaq hərəkətetmə qərarı verdilər.

***

  1939-cu ilin 29 sentyabrında Polşa əsgərləri Almaniya ordusu qarşısında geri çəkildi: ölkə rəsmən faşistlərə təslim oldu.

***

  1941-ci il 29 sentyabrda Ukraynanın paytaxtı Kiyevi işğal edən alman faşistləri Babi Yar qətliamına başladılar: 2 gündə 34 min yəhudi öldürüldü.

***

  1992-ci ilin 29 sentyabrında Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunun Derecik Jandarm Polis Bölməsinə hücum edən terrorçulardan 200-ü məhv edildi. Qarşıdurmada 23 türk əsgəri və 5 meşəbəyi şəhid oldu.

***

  “Lehman Brothers” kimi önəmli şirkətlərin iflasından sonra 2008-ci ilin 29 sentyabrından ABŞ-ın Dow Jones” indeksi 777 xal düşərək tarixi rekorda imza atdı.

***

29 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Məşhur "Don Kixot" əsərinin müəllifi, ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes) 1547-ci ilin bu günü dünyaya gəlib. (1547-1616)

***

  "Nana" və "Germinal" romanlarının dünyaşöhrətli yazıçısı Emile Zola (Émile François Zola) 1902-ci ilin 29 sentyabrında Parisdə həyatdan köçüb. (1840-1902)

***



Әlaqәli Xәbәrlәr