Tarixdə bu gün: 16 sentaybr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1268364
Tarixdə bu gün: 16 sentaybr

16 sentyabr 1810-cu ildə Meksikada ispan hakimiyyətinə qarşı müstəqillik mübarizəsi başlandı.

***

16 sentyabr 1890-cı il tarixində Yopaniyaya səfərindən qayıdarkən Kuşimoto sahillərində tufana yaxalanan Ərtoğrul freqatı qayalıqlara çırpılaraq batdı. 540 Türk dənizçisi şəhid oldu, 68-i isə xilas oldu.

***

16 senyabr 1959-cu ildə Fransa prezidenti Çarls Dö Qoll Əlcəzairin öz taleyini keçiriləcək referendumla müəyyənləşdirməsini istədi. 4 il sonra həmin gün Əhməd Ben Bella Əlcəzairin ilk dövlət başçısı oldu.

***

1961-ci ilin 16 sentyabr günü Yassıada məhkəməsi tərəfindən edama məhkum edilən Məndərəs hökumətinin nazirləri Fatin Rüşdü Zorlu və Həsən Polatkan İmralı adasında edam edildilər.

***

16 sentyabr 1978-ci ildə İranda bir dəqiqə davam edən zəlzələdə 20 min nəfər öldü.

***

16 sentyabr 1982-ci ildə İsrail tərəfdarı Xristian Falanjist milislər Beyrutdakı Basra və Şatilla qaçqın düşərgələrinə basqın edərək uşaqların da olduğu yüzlərlə fələstinlini qətlə yetirdi.

***

16 sentyabr 2013-cü ildə Suriyaya məxsus helikopter Türkiyənin “F-16” qırıcı tayyərələri tərəfindən hava məkanını pozduğuna görə vurularaq düşürüldü.

***

2016-cı ilin 16 sentyabr günü Türk kinosunun məşhur aktyorlarından Tarık Akan dünyasını dəyişdi. 



Әlaqәli Xәbәrlәr