Tarixdə bu gün: 13 sentaybr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1268286
Tarixdə bu gün: 13 sentaybr

13 sentaybr 1521-ci il tarixində ispanlar Aztek imperiyasının paytaxtı Tenochtitlanı işğal etdi.

***

13 sentyabr 1647-ci ildə italiyan riyaziyyatçı və fizikaçı Torricelli barometri ixtira etdi.

***

1788-ci ilin 13 sentyabr günü Danimarka İsveçi işğal etdi.

***

13 sentyabr 1921-ci ildə 21 gün davam edən Sakarya Meydan müharibəsi Türk ordusunun qələbəsilə nəticələndi.

***

1923-cü ilin 13 sentyabr tarixində İspaniyada ordu hakimiyyəti ələ keçirdi.

***

13 sentyabr 1943-cü ildə Çan Kaş Şek Çinin ilk prezidenti oldu.

***

13 sentyabr 1968-c ildə Albaniya Varşava paktından çıxdı.

***

13 sentyabr 1980-ci ildə Türkiyədə hakimiyyəti ələ keçirən Kənan Əvrən dövlət başçılığı vəzifəsini öhdəsinə götürdü. Siyasi partiya liderləri saxlanıldı.

***

1991-ci ilin 13 sentyabr günü Türk futbolunun əfsanələrindən olan Mətin Oktay qəzaya düşdü və həyatını itirdi.

***

13 sentyabr 1993-cü ilde Vaşinqtonda ABŞ prezidenti Bill Klinton, İsrailin baş naziri İshak Rabin və Fələstin Azadlıq Təşkilatının (FAT) sədri Yasir Ərəfatın iştirakı ilə İsrail və FAT prinsiplər haqqında birgə Bəyannamə imzaladılar. Bəyannamə tərəflər arasında razılaşdırılan Fələstin özünüidarəsi haqqında aralıq sazişinin əsas parametrlərini, o cümlədən Qəzza zolağında və İyerixon ərazisində Fələstin muxtariyyətinin yaradılmasını, Fələstin hökumətinin təşkilini və qanunvericilik şurasına seçkilərin keçirilməsini və digər müddəaları özündə əks etdirirdi.



Әlaqәli Xәbәrlәr