Tarixdə bu gün: 11 sentyabr avqust

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

Tarixdə bu gün: 11 sentyabr avqust

11 sentyabr 1855-ci ildə Krım müharibəsində İngilis-Fransız və Osmanlı qüvvələri Sevastopolu ələ keçirdi.

***

1941-ci ilin 11 sentyabr tarixində Van gölü və ətrafında baş verən zəlzələdə 194 nəfər həlak oldu, 36 kənd tamamilə dağıldı.

***

11 sentyabr 1948-ci ildə Pakistanın qurucusu dövlət başçısı Məhəmməd Əli Cinnah 72 yaşında Karaçidə dünyasını dəyişdi.

***

1973-cü ilin 11 sentyabr günü Çili dövlət rəhbəri Salvador Allende Pinoçet başçılığındakı ordu tərəfindən devrildi. Çevriliş zamanı Allende öldürüldü.

***

11 sentyabr 2001-ci ildə Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları həyata keçirilib. Sentyabrın 11-də yerli vaxtla saat 08:46-da terrorçular tərəfindən ələ keçirilən "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi eyni hücuma məruz qalıb. Bir qədər sonra hər iki qüllə yerlə-yeksan olub. Əkiz qüllələrə hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin — Pentaqonun binası da intiharçı-terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub. Terror aktları nəticəsində 2 min 976 insan həlak oldu, 6 min 300 adam isə yaralandı. Tarixdə “11 sentyabr hadisələri” olaraq yer alan hadisədən sonra ABŞ rəhbərliyi Əfqanıstan və İraqın işğalı ilə nəticələnəcək prosesi başlatdı.  

***

11 sentyabr 2015-ci ildə güclü fırtına səbəbindən Məkkədə Məscid-i Haramda olan bir kran zəvvarların üzərinə düşdü. İkisi Türk 107 zəvvar həyatını itirdi, 238 nəfər yaralandı.



Әlaqәli Xәbәrlәr