Tarixdə bu gün: 6 sentyabr

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1263230
Tarixdə bu gün: 6 sentyabr

6 sentyabr 1566-cı ilde Türk hökmdarı, Osmanlı imperiyasının 10-cu sultanı Qanuni Sultan Süleyman (1520-1566) Zigetvar yaxınlığında vəfat etdi. Onun hakimiyyəti dövründə Osmanlı ipmerayası inkişafının ən yüksək mərhələsinə çatmışdı. Avropada sultan Süleymanı çox vaxt Möhtəşəm Süleyman, müsəlman aləmində isə Qanuni Sultan Süleyman adı ilə tanıyırlar. O, 25 yaşında ikən sultan olub, şair, rəssam və memarlara himayədarlıq edib, özü də şeirlər yazıb.

***

1975-ci ilin 6 sentyabr günü Diyarbəkirin Licə qəsəbəsində baş verən zəlzələdə 2 min 385 nəfər həyatını itirdi.  

***

6 sentyabr 1980-ci ildə Sovet İttifaqı Cənubi Koreya hava yollarına məxsus sərnişin təyyarəsini düşürdü; 249 sərnişin həlak oldu.

***

6 sentyabr 1986-cı ildə İstanbuldakı Neva Şalom sinaqoquna edilən terror hücumu nəticəsində 21 musəvi öldü, 4 nəfər isə yaralandı.

***

 1998-ci ilin 6 sentyabr tarixində Yapon kinosunun ustalarından Akira Kurosava 88 yaşında Tokioda dünyasını dəyişdi.

***

2007-ci ilin 6 sentyabr günü məşhur tenor Luciaro Pavarotti İtaliyanın Modena şəhərində həyatını itirdi.



Әlaqәli Xәbәrlәr